Netty Award 2016
Mükafat haqqınd
Jüri
Ekspertlər
Akademiya
Tarix
Sual - Cavab
Əlaqə
FB
FB
FB
az
az

MÜKAFAT HAQQINDA

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

Çoxillik fəaliyyət nəticəsində milli İnternet sahəsində ən mühüm, qabaqcıl və kütləvi tədbir nüfuzunu qazandı.

Məqsədlər

  • Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafına dəstək;

  • Maraqlı başlanğıcların və sosial əhəmiyyətli layihələrin dəstəklənməsi;

  • Real və effektiv alət kimi inkişaf üçün zəruri olan İT-nin istifadəsinin imkanlarına cəmiyyətin diqqətini cəlb edilməsi;

  • İnformasiya mədəniyyətinin cəmiyyətdə artırılması, əhalidə informasiya texnologiyaların populyarlaşdırılması

    Auditoriya

    Bizim auditoriya - İnternet istifadəçiləridir. Hər bir kəs kim ki, heç olmasa bir dəfə Ümumdünya Şəbəkəsinə daxil olub bizim potensial istifadəçimiz və iştirakçımızdır. Tələbələr, dövlət qulluqçuları, iş adamları, bütün bunlar o mühiti yaradır ki, hansı ki bizim müsabiqənin əsasını təşkil edir. Tərəqqi prosesini izləyən və onun inkişafının qabaqcıl həlqəsi olan insanlar. Müasir cəmiyyətdə məhz İnternet istifadəçiləri cəmiyyətin inkişaf təmayüllərini müəyyən edir və məhz onlar NETTY mükafatının əsas auditoriyasıdır.

    Nominasiyalar

    Hər il mükafat aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytları qiymətləndirir:

    Dövlət saytı
    Korporativ sayt
    Elm və təhsil
    Mədəniyyət və incəsənət
    İnformasiya və xəbərlər
    Servis-saytlar
    Əyləncə
    İdman
    Azərbaycan
    Şəxsi sayt
    Cəmiyyət
    Elektron Kommersiya sahəsində ən yaxşı sayt


    Müsabiqə “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” - fəxri mükafatları təqdim edilir. Hər il müsabiqədən kənar əlavə nominasiyalar da təyin olunur.

    Mükafatın keçirilmə prosesi

    Müsabiqənin keçirilməsi bir-neçə mərhələdən ibarətdir:

    1-ci mərhələ - Müsabiqəyə iştirakçıların və virtual jürinin üzvlərinin maksimal sayının cəlb olunması, ekspert şurasının formalaşdırılması.
    2-ci mərhələ - Səsvermənin keçirilməsi, hər nominasiya üzrə mükafat nominantların seçilməsi.
    3-cü mərhələ - Mükafat Akademiyasının səsverməsi və mükafat qaliblərinin müəyyən edilməsi.
    4-cü mərhələ - Təntənəli mükafatlandırma. Mükafatın qaliblərinin rəsmi elan olunması.

    Bizim jüri

    Nominantların müəyyən edilməsi Virtual jürinin (İnternet istifadəçiləri) və Ekspert Şurasının Azərbaycanın ictimai, dövlət və biznes strukturlarının təmsil edən xüsusi formalaşdırılmış mütəxəssislər və peşəkarlar qrupu) səsverməsi vasitəsilə həyata keçirilir.

    Mükafat qaliblərinin qəti seçimini NETTY Akademiyası həyata keçirir, onun da tərkibi Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu şəxsiyyətlərdən ibarətdir.

    Bizim partnyorlar

    Mükafat daim olaraq dövlət qurumları və ən iri Azərbaycan və beynəlxalq şirkətləri tərəfindən rəsmi dəstəklənir.

    Final mükafatlandırma mərasimi

    NETTY-nin keçirilməsi ənənəvi olaraq qaliblərin təntənəli mükafatlandırma mərasimi ilə yekunlaşır, hansı ki, özü-özlüyündə ən parlaq, qeyri-adi və yadda qalan ilin hadisələrdən biridir.

     

  • RƏSMİ DƏSTƏK
    Copyright © Netty.az 2004-2016
    FB
    FB
    FB