RU
Qeydiyyat
Statistika
Təqdim edilmiş saytlar : 367
İştiraka qəbul edilmiş: 280
İmtina edilmiş: 82
Baxılma prosesində : 5
FAQ  Baş səhifəyə       FAQ

- Mən bir neçə saytın müəllifiyəm. Mən onların hamısını müsabiqəyə təqdim edə bilərəm?
- Bəli, əgər onlar qeydiyyat şərtlərinə cavab verirlərsə.
- Mənim şəxsi saytım həmçinin təhsil istiqamətinə yönəlib. Mən bu saytı “Elm və təhsil” və “Şəxsi sayt” nominasiyalar üzrə irəli sürə bilərəm?
- Xeyr, hər hansı bir kateqoriyanı seçməlisiniz.

- Müsabiqəyə öz bloqumu yerləşdirməyə imkanım var mı?
- Bəli imkanınız var, hər bir uyğun kateqoriya üzrə yerləşdirə bilərsiniz “Elm və təhsil”, “Şəxsi sayt” və s.

- Mən azərbaycanlıyam, lakin Azərbaycan Respublikasının vətəndaşı deyiləm. Mən müsabiqədə iştirak edə bilərəm?
- Bəli, saytın məzmunu Azərbaycana aidiyyəti olduğu təqdirdə.

- Mən müəyyən kateqoriyada saytımı qeydiyyatdan keçirmişəm, amma sonradan saytım digər kateqoriyaya daxil edilib. Niyə?
- Çünki Təşkilat komitəsi Sizin sayt üçün daha müvafiq kateqoriya müəyyən etmişdir.

- Mən Netty düyməsini öz saytıma əlavə edə bilmirəm. Müsabiqədə iştirak etmək imkanım var mı? 
- Xeyr. Düyməni sayta əlavə etmək imkanı sizin sayta olan hüquqlarınızı təsdiq edir. Əgər siz bunu hansı bir başqa üsulla  sübut  etsəniz , istisnalar mümkündür.

- Keçən il mənim dəbdəbəli oyun saytım nədənsə nominantların siyahısına düşmədi.
- Yoxlayın, bəlkə sizin saytınızda qeydiyyat zəruridir. Bu hal sizinlə maraqlanan, lakin uzun anketlərini doldurmaq istəməyən müsabiqədə iştirakçılarını qorxuda bilər. Biz tövsiyə edirik ki,  müsabiqə keçirilən dövr ərzində bütün arzu edənlərə qonaq parolu verəsiniz. 
- Mənim zəngin əyləncəli resursum var. Lakin onu iştiraka buraxmadılar. Niyə?
- Ola bilsin ki, sizin saytın məzmunu kiminsə müəllif hüquqlarını pozur, beləliklə Azərbaycan Respublikasının qanunvericiliyini pozulur.


- Müsabiqədə iştirak etmirəmsə, səsvermədə iştirak edə bilərəm?
- Bəli, virtual jüri üzvü olmaqla.

- «Netty»-nin Ekspert Şurasına və Veb-akademiyasına kimlər daxildir?
- İT və  Milli internetin görkəmli xadimləri. Tam siyahı burda və burdadır.


- Mən «Netty»-nin veb-akademiyasına daxil ola bilərəmmi?
- Hal-hazırda veb-akademiyanın formalaşdırılması başa çatıb. Akademiya üzvünün irəli sürülməsi yalnız mükafatın təşkilat komitəsi  və akademiklər tərəfindən həyata keçirilir.

- Mən «Netty»-nin Ekspert Şurasına daxil ola bilərəmmi? 
- Təşkilat Komitəsi sizin ərizənizi müzakirəyə çıxarda bilər. Özünüz barədə məlumatı mükafatın ünvanına göndərin.

-Final təntənəli mükafatlandırma mərasimi harada və nə vaxt keçiriləcək?
- Keçirilmə tarixi və yeri elan ediləcək.

- «Netty» müsabiqəsində iştirak etməklə nə əldə edəcəm?
- Siz, öz veb-əsərinizi samballı peşakar jürinin  mühakiməsinə   təqdim edəcəksiniz  və bu məhkəmənin qərarı öz imkanlarınızı qiymətləndirmək imkanı verəcək. Bu birinci. İkincisi  əgər siz hansi bir nominasiyada qalib gəlsəniz, avtomatik olaraq  milli İnternetin tarixinə düşərək  öz saytının təmənnasız promouşnı alacaqsınız. Və nəhayət  mükafat alacaqsınız.

 



Partnyorlar
Rəsmi dəstək
Baş partnyor
Partnyorlar
Texniki partnyorlar
Dəstək