Ümumi
– Netty Azərbaycan Milli İnternet Mükafatı (bundan sonra müsabiqə) hər il təsbit olunmuş 12 nominasiyalardan 12 ən yaxşı milli saytları müəyyən edir .
– Netty 2011-nun keçirilməsi üç mərhələdən ibarətdir:
- Birinci mərhələ - iştirakçıların və virtual jürinin qeydiyyatı;
- İkinci mərhələ - müsabiqənin birinci turu, virtual jürinin səsverməsi vasitəsilə nominantların müəyyən edilməsi;
- Üçüncü mərhələ - müsabiqənin ikinci turu, veb-akademiya üzvlərinin səsverməsi vasitəsilə qaliblərin müəyyən edilməsi.
- Müsabiqə çərçivəsində həyata keçirilən xüsusi prizin təyin edilməsi:
- “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” - fəxri Netty-2011 mükafatları Akademiyanın qərarı ilə müəyyən edilir..
- Müsabiqə çərçivəsində əlavə mükafat nominasiyaların yaranması mümkündür.
- Müsabiqənin keçirilməsinə mənfi təsir göstərmək cəhdləri qadağandır. Qaydaları pozan şəxslər və saytlar xəbərdarlıq edilmədən müsabiqədən xaric ediləcək.
Müsabiqədə iştirak
Müsabiqədə iştirak etmək hüququ aşağıdakı veb-resurslara icazə verilir:
- Azərbaycan vətəndaşları ilə yaradılan saytlar;
- Azərbaycan ilə bağlı olan saytlar.
- Azərbaycan Respublikası Qanunvericiliyinə zidd olan saytların məzmunu müsabiqəyə buraxılmır.
- Netty-2010 müsabiqəsində qalib olan saytlar müsabiqəyə buraxılmır.
- Hər bir şəxs müsabiqədə iştirak üçün istənilən sayda sayt təqdim edə bilər.
- Hər bir sayt yalnız bir kateqoriyada qeydiyyata alına bilər.
- Müsabiqənin hər iştirakçısı, öz hüquqlarını təsdiq etmək üçün mükafata çıxarılan saytın baş səhifəsində Netty-2011 düyməsini yerləşdirməyə borcludur.
- Müsabiqədə öz iştirakını dayandırmaq üçün hər bir iştirakçı öz saytını müsabiqədən geri çağıra bilər, lakin bunu virtual jüri səsvermə prosedurunun başlamasından əvvəl etməlidir.
- Netty-2011 müsabiqəsində qeydiyyatdan keçmiş və təşkilat komitəsi tərəfindən müsbət cavab alan istifadəçi, müsabiqənin iştirakçısına çevrilir.
- www.netty.az saytının ziyarətçiləri yalnız saytda qeydiyyatdan keçdikdən sonra və təşkilat komitəsi tərəfindən müsbət cavab aldıqdan sonra virtual jürinin üzvü hesab oluna bilər.
- Təşkilat komitəsi jürinin potensial üzvünün qabiliyyətini qiymətləndirmək hüququnu özündə saxlayır.
- Virtual jürinin üzvü səsvermə müddəti ərzində 12 nominasiya üzrə istədiyi hər sayta yalnız bir dəfə səs verə bilər. Virtual jürinin üzvü yalnız hər mövcud nominasiya üzrə bir dəfə səs verdikdən sonra səs vermiş hesab oluna bilər. Digər hallarda bu səsvermə nəzərə alınmayacaq. Son mərhələdə hər kateqoriya üzrə nominantların sayı üçə bərabərdir.
- Bu və ya digər nominasiya üzrə namizədlərin sayı 4 və daha az sayda olan təqdirdə, bu kateqoriya üzrə müsabiqə həyata keçirilməyəcək. Bütün iştirakçılar müsabiqədən kənarlaşdırılır.
- Akademiyanın səsverməsi zamanı öz fəaliyyətində Azərbaycan dilindən istifadə edən saytlara üstünlük veriləcək.
- Netty-2011-də wap-saytların iştirakı mümkünsüzdür.
Veb-akademiya
- Netty 2011-nun veb-akademiyası sonuncu üçüncü mərhələdə müsabiqənin qaliblərini müəyyən edir.
- Veb-akademiyanın hər bir üzvü müsabiqə ilə əlaqədar olan bütün tədbirlərdə iştirak etməyə hüququ var.
- Veb-akademiyanın hər bir üzvü müsabiqə ilə bağlı müxtəlif təklifləri akademiyanın müzakirəsinə təqdim edə bilər.
- Veb-akademiyanın hər bir üzvü müsabiqənin son mərhələsinin səsverməsində iştirak etməli və nominant-saytları 5 ballıq sistem üzrə ədalətli qiymətləndirməlidir.
- Səsvermə zamanı akademiklər dizayn estetikası, məzmunu, səliqəliliyi, layihənin aktuallığı, rahat istifadə, yeniləşdirmə tezliyi, dil versiyaların olması, interaktivlik, bütün bölmələrin işləməsi, yüklənmə tezliyi kimi xüsusiyyətləri nəzərə almalıdır. Göstərilmiş meyarlar tövsiyə xarakterini daşıyır və hər bir akademik öz şəxsi təəssüratlarına, təcrübəsinə və fikrinə əsaslanaraq yekun qiymət verməlidir.
- Üzürlü səbəb olmadan öz vəzifələrini icra etməyən akademik həqiqi akademiya üzvləri siyahısından kənarlaşdırıla bilər. Veb-akademik adından məhrum etmə haqqında yekun qərarı “Netty”nin veb-akademiyasında ümumi səsvermədə qəbul edilir.
- “Netty”nin veb-akademiyası “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” - fəxri Netty-2011 mükafatları Akademiyanın qərarı ilə müəyyən edilir. Netty-2011-nun fəxri mükafatını təqdim edir. Fəxri mükafat üzrə namizədləri təşkilat komitəsi irəli sürür və yaxud özü-özünü irəli çıxara bilər. Qalib akademiyada açıq səsvermə yolu ilə namizədlərin siyahısından müəyyən edilir. Digər əlavə mükafatların daxil edildiyi təqdirdə analoji sxem tətbiq edilir.
- Ümumi qərarla seçilmiş akademiyanın nümayəndələri hər nominasiyada qalibi müəyyən etmək üçün zəruri olan səslərin yekun hesablanmasında (orta bal ilə) iştirak etmək hüququ var.
- Akademiya üzvləri müsabiqənin final mərasiminə qədər şəxsi qiymətləndirilməsini açıqlaya bilməzlər
Təşkilat komitəsi
- Müsabiqənin keçirilməsi haqqında qərarı qəbul edir.
- Müsabiqənin mövcud qaydalar siyahısını hazırlayır.
- Müsabiqənin keçirilməsi üzrə əsas şərtlərini (keçirilmə qaydaları, müddətlər, qiymətləndirmə meyarlar, mərhələlər və s.) müəyyən edir.
- Təşkilat komitəsi hansı bir iştirakçı-saytın kateqoriyasını dəyişdirmək hüququnu özündə saxlayır.
- Təşkilat komitəsi müsabiqənin keçirilməsi müddətində həqiqi qaydalarının tələblərini pozan saytları müsabiqədən kənarlaşdırmaq hüququnu özündə saxlayır.
- Keçirilən akademiya səsverməsinin yekun məlumatlarının ötürməsini təşkil edir.
- Məsələləri həll etməsinə yönəldilmiş müsabiqə qarşısında duran digər təşkilati qərarları qəbul edilməsi hüququnu özündə saxlayır.
- Müsabiqə qaliblərini mükafatlandırılmasını təşkil edir.
- NETTY 2011-nun qalibləri 17 may tarixində təntənəli mərasimdə rəsmi elan edilir. Mərasimdə mükafatın bütün nominantları iştirak edir. Həmçinin tədbirin gedişatında akademiklərin qərarı ilə müsabiqədən kənar nominasiyalarının qalibləri də elan edilir.
NETTY Azərbaycan Milli İnternet Mükafatının məqsədləri
NETTY Azərbaycan Milli İnternet Mükafatının təşkilatçısı |