RU
Twitter
Instagram
Facebook
// XƏBƏRLƏR
NETTY2023 nominantları müəyyən edir, səsvermə başlayıb
//01.12.2023
NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı.
1 dekabrdan 7 dekabradək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyəti (münsiflər heyəti yalnız
“Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

İnternet-istifadəçilərdən öz növbəsində sosial login vasitəsilə Virtual Münsiflər Heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.

Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2023-in nominantlarının yekun siyahısı 8 dekabr tarixində elan ediləcək.

Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq, NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək.

NETTY 2023 qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilir. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.

2023-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:

• DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT
• SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT
• BİZNES VƏ SAHİBKARLIQ
• MALİYYƏ, BANK VƏ FİNTECH
• E-TİCARƏT VƏ KOMMERSİYA
• ELM, TƏHSİL VƏ İNNOVASİYALAR
• SƏHİYYƏ, İDMAN VƏ TURİZM
• MƏLUMAT VƏ XƏBƏRLƏR
• MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT

Bu ilin mükafatı dəstəkləyən tərəfdaşlarımız:

Baş partnyor – NAR.

Eksklüziv partnyor - AzInTelecom

Mükafatın rəsmi partnyorları: SmartHost, Savalan və Renley.

“Maliyyə, Bankçılıq və Fintech” nominasiyasının tərəfdaşı Simbrella.

Layihənin informasiya partnyorları: Infocity.tech, Technote.az, Oxu.az, Media.az, «Каспий» qəzeti, Baku.TV, Baku.ws, banks.az, Gilavar Foto Klubu, Baku Hit FM, Auto life Radio,
Texnogid, Tech.az.

Mükafatla əməkdaşlıq haqqında sualları info@netty.az ünvanına göndərə bilərsiniz.


// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
EKSKLÜZİV TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞLARI
INFORMASIYA TƏRƏFDAŞLARI
2023 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY