NETTY2018 - National Internet Award

Netty Award 2018
Mükafat haqqınd
Jüri
Ekspertlər
Akademiya
Tarix
Sual - Cavab
Əlaqə
FB
FB
E-mail
az
az
Elm və təhsil : İştirakçılar
Şəxsi İnkişaf Portalı

coaching.az kouçinq və şəxsi inkişaf mövzularına həsr olunmuş portaldır. Portal mütəmadi şəkildə yerli və xarici müəlliflərin məqalələri ilə yenilənir.

Expertlərin toplan ballı
235
Kurstap.az

Kurstap.az layihəsi kurs axtaran ilə kurs təklif edənləri birləşdirən online axtarış platformasıdır. Bu platformada, kurs şirkətləri və ya fərdi fəaliyyət göstərən müəllimlər öz elanlarını yerləşdirərək daha böyük auditoriyaya çatmaq imkanı əldə edəcəklər. İstənilən kurs, təlim və tədris təklif edən şirkət və ya müəllimlər veb-saytda qeydiyyatdan keçərək təklif etdikləri kurs elanlarını yerləşdirə bilər. Yerləşdirilmiş elanların baxış sayı, zəng sayı, sosial mediya və veb səhiflərinə keçid sayı kimi statistik məlumatları əldə etmə imkanı var.

Expertlərin toplan ballı
228
Family Tram

Sayt ailə məşğuliyyətləri üzrə və uşaqların təhsilinə müasir yanaşmalara marağı olan valideynlərin ünsiyyətdə olması üçün bir məkandır. Famtram həftənin hər günü keçirilən ailələr üçün tədbirlərin seçimini, həmçinin ailəvi yerlərin kataloqunu təklif edir.Portalın əsas xüsusiyyəti yerli və beynəlxalq ekspertlərin tövsiyələri, uşaqların tərbiyəsi,təhsilinin və asudə vaxtının təşkili kimi mövzularla bağlı materiallar,həmçinin ölkənin təhsil sahəsində xəbərlərdir. Bundan başqa saytda biletlərin onlayn satışı sistemi qoşulub. Famtram.az 2017-ci ildə təmsil olunsa da, bir illik fəaliyyət ərzində auditoriyanın həcmini 200%-dək artırmışdir.

Expertlərin toplan ballı
203
HR Azərbaycan

Azərbaycanın ilk HR portalı. Sayt Azərbaycanda İnsan Resurslarının idarə edilməsi ilə yanaşı, menecment, biznesin idarə edilməsi və şəxsi inkişafla bağlı bir sıra elmi araşdırmaları, məqalələri və xəbərləri oxuculara təqdim edərək insanların maariflənməsi, karyera seçimi və seçilmiş karyerada inkişafı üçün faydalı bilgilər verir. Bundan əlavə saytda iş axtaranlar üçün müsahibəyə hazırlaşma metodları, düzgün karyera seçimi ilə bağlı məsləhətlər, bloq yazıları və vakansiyalar təqdim olunur

Expertlərin toplan ballı
134
Odlar Yurdu Universiteti

Odlar Yurdu Universitetinin rəsmi saytı, universitet haqqında ətraflı məlumat, keçirilən tədbirlərin, elanların və digər xəbərlərin rəsmi olaraq paylaşılması

Expertlərin toplan ballı
129
JaCrazy

JaCrazy ilə yapon dili öyrənmək tamamilə ödənişsizdir.Əsas hədəf sərbəst şəkildə danışa biləcək səviyyədə yapon dilini öyrətməkdir.Bölmələr hissəsində yapon dili “Başlanğıc”,”Aşağı”, “Orta”, “Yuxarı” səviyyə olmaqla hissələrə bölünüb.Onlara daxil olaraq ilk dərsdən etibarən izləyə bilərsiniz.Dərslər yazılı və video şəklində paylaşılır.Həmçinin, yapon dilini inkişaf etdirə bilmək üçün tövsiyyələr, saytlar, online vasitələr haqqında da məlumatlar mövcuddur.

Expertlərin toplan ballı
100
Muellimlerotagi.az

“Müəllimlər otağı” müəllimlərin təcrübə mübadiləsini təşkil etmək və təlim-tədris metodlarını bir arada toplamaq məqsədi daşıyır. Məqsədə çatmaq üçün "Müəllimlər otağı" komandası yerli və əcnəbi müəllimlərin təcrübələrini öyrənir, onların təlim-tədris metodlarını toplayır və “Müəllimlər otağı”ndakı forum vasitəsi ilə müzakirələr təşkil edir."Müəllimlər otağı" Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Inkişaf və Innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qaliblərindən biridir və bu çərçivədə hazırlanıb.

Expertlərin toplan ballı
93
HSE.AZ

"HSE.az" saytı ölkəmiz Azərbaycanda STTƏMM (Sağlamlıq, Texniki Təhlükəsizlik, Ətraf Mühitin mühafizəsi) sahəsinin inkişafına yönəlmiş bir addımdır...Saytın əsas məqsədi insanların maarifləndirilməsi və müsbət STTƏMM mədəniyyətinin formalaşmasında pay sahibi olmaqdır. Saytımızda siz bir sıra önəmli SƏTƏMM mövzuları haqqında məlumatları Azərbaycan dilində əldə edə bilər, videotəlimatlarımızı izləyə və SƏTƏMM sahəsi üzrə aktiv vakansiyalarla tanış ola bilərsiniz.

Expertlərin toplan ballı
62
HRclub.az

HRclub.az- İnsan resursları sahəsində daim bilik əldə etmək istəyənlərə və bilik paylaşanlara dəstək olan, bu sahənin mütəxəssisləri arasında maarifləndirmə işi aparan, yeniliklərin və innovasiyanın İR-na tətbiqində çalışan, qarşıya çıxan problem və çətinliklərin həllində yardımlaşan bir saytıq.Məqsədimiz – ölkəmizdə bu gündə bəzi işəgötürənlərin baxışında insan resurslarına gərəksiz bir kadr kimi baxılmasını aradan qaldırmaq, qanunsuz olaraq işçilərin işlədilməsi və işdən azad edilməsi, onların hüquqlarının pozulmasının qarşısını almaq və eyni zamanda işəgötürənlərin hüquqlarını müdafiə etməkdir.

Expertlərin toplan ballı
62
Bakı Dövlət Universiteti - Fizika fakültəsi

Hörmətli Netty2018 komandası, saytimiz Bakı Dövlət Universiteti Fizika fakültəsinin rəsmi saytidir. Saytda metəmadi olaraq xəbərlər hər 3 dildə (Azərbaycan,Rus, İngilis) yenilənir. Saytda Fakültə haqqında xəbərlər öz əksini tapır. Həmçinin cədvəllər,imtahan suallari və s informasiya ilə tələbərin işinə yarayır. Saytda elmi elektron jurnal (indekslənən) və konfranslar barədə elm adamları üçün mühüm əhəmiyyət kəsb edən bölmələr yerləşir. Xahis edirəm qiymətləndirmə zamanı qeyd edilənləri nəzərə alasınız. Çoxsağolun.

Expertlərin toplan ballı
50
RƏSMİ DƏSTƏK

Copyright © NETTY 2004-2018 / Site by RENLEY
Mail
Twitter
FB