NETTY2018 - National Internet Award

Netty Award 2018
Mükafat haqqınd
Jüri
Ekspertlər
Akademiya
Tarix
Sual - Cavab
Əlaqə
FB
FB
E-mail
az
az

XƏBƏRLƏR

 


27.04.2018

NETTY2018 ƏRİZƏLƏRİN QƏBULUNU DAVAM EDIR VƏ SUALLARA CAVAB VERIR
Azərbaycanda NETTY2018-in Milli İnternet-Mükafatı davam edir. Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir.

Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.
Müsabiqən iştirakçılarının ərizə qəbulu, virtual münsiflər heyətinin və ekspert şurasının formalaşması 15 may 2018-ci il tarixədək www.netty.az saytında davam edəcək. Hal-hazırda artıq 100-dən artıq müxtəlif
ərizələr verilmişdir.
Qaliblər "ilin İT-Hadisəsi", "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə" "İlin Mobil proqramı", "Facebook-un ən yaxşı səhifəsi". "Ən yaxşı onlayn-videolayihə" kimi nominasiyalarda və ölkənin ən yaxşı veb-resurslarını müəyyən edən 12 nominasiyada müəyyən ediləcəklər.


MÜSABİQƏDƏ İ NECƏ ŞTİRAK ETMƏK?


Səsvermənin başlanğıcına qədər müsabiqənin hissəsi olmaq üçün bir neçə variant var - iştirakçı olmaq, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.
"İştirakçılar" - mükafatın saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirmiş istifadəçilərdir,
"Virtual münsiflər heyəti" internet-istifadəçilərdən formalaşdırılır. 15 mayadək mükafatın saytında qeydiyyatdan keçmiş bütün istifadəçilər münsiflər heyətinin üzvü ola bilər və müsabiqə nominantlarının
seçməsində iştirak edə bilər. Qeydiyyatdan keçməyə və sevimli resursları dəstəkləməyə tələsin.
"Ekspert şurası" müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşma, marketinq, jurnalistika və digər sahələrdə mütəxəssis olan şəxslər tərəfindən təmsil olunur. Özünü
ekspert hesab edirsiniz? Sizin xülasəniz təşkilatçılara göndərin.

QALİBLƏR NECƏ MÜƏYYƏN EDİLİR?


Birinci mərhələdə iştirakçilarin ümumi sayından nominantlar müəyyən olunur, ikinci mərhələdə isə qaliblər elan olunur.
Birinci mərhələ üçün "Virtual münsiflər heyəti" və "Ekspert şurası" cavabdehlik daşıyır. Virtual münsiflər heyəti "Virtual münsiflər heyətinin Seçimi" nominasiyasında müsabiqə iştirakçılarının ümumi sayından üç nominantı seçir. Ekspert şurası mövcud nominasiyalardan hər birində üç nominantı seçir.
İkinci mərhələ: səsvermə nəticəsində əldə edilmiş nominantların siyahısı NETTY Akademiyasının müzakirəsinə ötürülür. "NETTY akademiyası" Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarda
fəaliyyət göstərən nüfuzlu şəxsiyyətlərlə təmsil edilir. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir.


SƏSVERMƏ NƏ VAXT BAŞLAYIR?
Səsvermə 15 maydan 22 mayadək keçiriləcək. Bu dövrdə Ekspert şurası və Virtual münsiflər heyəti nominantlarının yekun siyahısını formalaşdırır.
22 mayda nominantlardan qalibləri müəyyən edilməsi üçün öz səsverməsi NETTY Akademiyası başlayacaq.


MÜKAFATIN NOMİNANTLARI VƏ QALİBLƏRİ NƏ ƏLDƏ EDİRLƏR?

NETTY2018 qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi elan edilirlər. Bütün ölkədən maraqlı və proqressiv insanları toplayan unikal tədbirdir. Mərasimin keçirilməsi iyunun başlanğıcında nəzərdə
tutulub.
Mərasimə mükafatın bütün nominantları dəvət olunur. Müsabiqənin əsas mükafatı olan NETTY heykəlciyi qaliblərə təqdim edilir, nominantlar müvafiq olan diplomları alırlar. Mükafatın çoxsaylı partnyorları faydalı
hədiyyələri təqdim edirlər. KİV-in və internet-auditoriyaların diqqəti təmin olunur.

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir
Mükafatın baş partnyoru - NAR.
Qızıl partnyor - Azintelecom şirkətinin Data Mərkəzidir.
Şirkət-distribütor Mi Mobile şirkəti, Carlsberg Azerbaijan şirkəti, BakuTel sərgisi, SmartHost şirkəti, operator KATV1, Golden Pay şirkəti, DEJURE layihəsi, Renley.az veb-agentliyi mükafatın
partnyorları qismində çıxış edirlər Layihənin informasiya partnyorları: Infocity.az, CBC.az, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org, DeJure.az saytları.
NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.
Mükafatla baağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.

RƏSMİ DƏSTƏK

Copyright © NETTY 2004-2018 / Site by RENLEY
Mail
Twitter
FB