NETTY2018 - National Internet Award

Netty Award 2018
Mükafat haqqınd
Jüri
Ekspertlər
Akademiya
Tarix
Sual - Cavab
Əlaqə
FB
FB
E-mail
az
az

XƏBƏRLƏR

 


04.05.2018

Azərbaycanın ən yaxşı videolayihəsi müəyyən edəiləcək!NETTY2018 Milli Internet-Mükafati çərçivəsində ən yaxşı video-layihələr aşkar ediləcək.

NETTY2018 Milli Internet-Mükafati davam edir. Son günlərdə müsabiqənin təşkilat komitəsi yeni, əlavə "Ən yaxşı Azərbaycan onlayn-videolayihəsi"  nominasiyanın yaradılması barədə məlumat yaydı.

Videoiştirakçıların lonq-listi internet-istifadəçilərinin tövsiyələrinə əsasən tərtib edilmişdir. Bu siyahı ilə www.netty.az/bestonlinevideo ünvanında tanış olmaq olar. Həmin səhifədə, 4 may tarixindən başlayaraq, internetin hər bir istifadəçisi sadəcə “Like” düyməsini tıklamaqla öz sevimli layihələrinə səs verə bilər. Vacibdir: bir neçə favoritlərinizə səs vermək mümkün olacaq. Səsvermə 22 maydək davam edəcək.

“Like”ları ən çox toplayan üç layihə, mükafatın nominantları olacaqlar. Təşkilat komitəsi və NETTY akademiyası mükafatlandırmanın final mərasimində üç nominant içərisindən qalibi elan edəcəklər.

Eyni zamanda NETTY-in digər kateqoriyaları üzrə ərizələrin qəbulu davam edir. Portallar, saytlar, facebook-səhifələr, mobil proqramlar, İT-layihələr müsabiqənin əsas nominasiyaları çərçivəsində qeydiyyatdan keçir: "İdman", "Cəmiyyət", "Kommersiya saytı", "Təhsil və elm", "Mədəniyyət və incəsənət", "Dövlət saytı", "Azərbaycan" və s.

Ərizələrin qəbulu, virtual münsiflər heyətinin qeydiyyatı və ekspert şurasının formalaşması 15 may 2018-ci il tarixədək www.netty.az saytında davam edəcək.

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir

Mükafatın baş partnyoru - NAR.

Qızıl partnyor - Azintelecom şirkətinin Data Mərkəzidir.

Şirkət-distribütor Mi Mobile şirkəti, Carlsberg Azerbaijan şirkəti, BakuTel sərgisi, SmartHost şirkəti, operator KATV1, Golden Pay şirkəti, DEJURE layihəsi, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər

Layihənin informasiya partnyorları: Infocity jurnalı, CBC telekanalı, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org,  DeJure.az saytları.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.

 

RƏSMİ DƏSTƏK

Copyright © NETTY 2004-2018 / Site by RENLEY
Mail
Twitter
FB