NETTY2018 - National Internet Award

Netty Award 2018
Mükafat haqqınd
Jüri
Ekspertlər
Akademiya
Tarix
Sual - Cavab
Əlaqə
FB
FB
E-mail
az
az

XƏBƏRLƏR

 


12.05.2018

NETTY-nin PARTNYORLARI MÜSABİQƏ QALİBLƏRİNİ MÜKAFATLANDIRACAQLARMükafatın keçirilməsini dəstəkləyən təşkilat və şirkətlər bu il NETTY-nin qalibləri üçün çox lazımlı və faydalı hədiyyələr hazırlayırlar.

Müsabiqənin keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə, həmçinin mükafatın baş partnyoru olan NAR və qızılı partnyor olan AzInTelecom Data Mərkəzinin köməyi ilə mümkün oldu.

Qaliblər mükafatların və hədiyyələrin əhəmiyyətli sayını mükafatın rəsmi partnyorlarından alacaqlar: Şirkət-distribütor Mi Mobile şirkəti, Carlsberg Azerbaijan şirkəti, BakuTel sərgisi, SmartHost şirkəti, operator KATV1, Golden Pay şirkəti, Renley.az veb-agentliyi. Pulsuz domenlərdən və müxtəlif internet-xidmətlərdən ən yeni yüksəktexnologiyalı avadanlıqlara qədər.

Ölkənin əsas KİV-inin diqqəti – mükafatın informasiya partnyorları: Infocity.az, CBC.az, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org, DeJure.az saytları – iştirakçıların qələbəsini daha əhəmiyyətli edəcək.

Müsabiqə çərçivəsində bir neçə nominasiya şəxsi partnyorlarını tapdı, hansılar ki, qalibləri əlavə olaraq həvəsləndirəcəklər. kosmetikanın və dəbdə olan aksessuarların Mağazası BODYCARE "Elektron ticarət" nominasiyasının qalibini təbrik edəcək, "İdman" nominasiyasında Meshque idman markası, "Şəxsi sayt" nominasiyasında Ilgar Gracie- Photographer məşhur fotoqraf.

Nominasiyaların partnyorlarının siyahısı artır. Mükafatla əməkdaşlıqlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edin.

Xatırladırıq ki, müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Qaliblər "ilin İT-Hadisəsi", "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə" "İlin Mobil proqramı", "Facebook-un ən yaxşı səhifəsi". "Ən yaxşı onlayn-videolayihə" kimi nominasiyalarda və ölkənin ən yaxşı veb-resurslarını müəyyən edən 12 nominasiyada müəyyən ediləcəklər.

Səsvermənin başlanğıcına qədər müsabiqənin parçası olmaq üçün bir neçə variantınız var: iştirakçı, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.

"Virtual münsiflər heyəti" internet-istifadəçilərdən formalaşdırılır. 15 mayadək mükafatın saytında qeydiyyatdan keçmiş bütün istifadəçilər münsiflər heyətinin üzvü ola bilər və müsabiqə nominantlarının seçməsində iştirak edə bilər. Qeydiyyatdan keçməyə və qalib olmağa tələsin.

RƏSMİ DƏSTƏK

Copyright © NETTY 2004-2018 / Site by RENLEY
Mail
Twitter
FB