NETTY2018 - National Internet Award

Netty Award 2018
Mükafat haqqınd
Jüri
Ekspertlər
Akademiya
Tarix
Sual - Cavab
Əlaqə
FB
FB
E-mail
az
az

XƏBƏRLƏR

 


16.05.2018

NETTY2018 nominantları müəyyən edir
NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı

16 may 22 may dövründə müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyəti (münsiflər heyəti yalnız "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2018-in nominantlarının yekun siyahısı 23 may tarixində elan ediləcək.

Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək.

Həmin dövrdə həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

NETTY2018 qalibləri rəsmi olaraq mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər. Mərasimə mükafatın bütün nominantları dəvət edilir. Tədbirin keçirilmə tarixi və yeri haqqında əlavə olaraq bildiriləcək.

İnternet-istifadəçilərin "Ən yaxşı Azərbaycan onlayn-videolayihəsi" kateqoriyasında nominantların seçiminə təsir etmək imkanı var. Xoşunuza gəlmiş layihəni “Layk” ilə https://www.netty.az/bestonlinevideo  dəstəkləmək olar.

Müsabiqə çərçivəsində bütün səsvermələr və seçimlər 22 may tarixində başa çatacaq.

Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir

Mükafatın baş partnyoru - NAR.

Qızıl partnyor - AzInTelecom şirkətinin Data Mərkəzidir.

Şirkət-distribütor Mi Mobile şirkəti, Carlsberg Azerbaijan şirkəti, BakuTel sərgisi, SmartHost şirkəti, operator KATV1, Golden Pay şirkəti, DEJURE layihəsi, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: Infocity.az, CBC.az, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində  mütərəqqi xadimləri  üzə çıxarır.

Mükafatla baağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.

 

RƏSMİ DƏSTƏK

Copyright © NETTY 2004-2018 / Site by RENLEY
Mail
Twitter
FB