NETTY2018 - National Internet Award

Netty Award 2018
Mükafat haqqınd
Jüri
Ekspertlər
Akademiya
Tarix
Sual - Cavab
Əlaqə
FB
FB
E-mail
az
az

XƏBƏRLƏR

 


23.05.2018

NETTY2018 nominantları müəyyən edilib. Mükafatın qalibləri 8 iyunda mükafatlandırma mərasimində elan olunacaq

NETTY 2018-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir. İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilmişdir. Nominantların yekun siyahısı ilə mükafatının saytında www.netty.az/nominants  tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başladı. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

Nominantlar içərisindən qaliblər 8 iyunda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.

Eyni zamanda Akademiyanın qərarı ilə "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə" və "İlin İT-Hadisəsi" fəxri nominasiyalarında qaliblər elan ediləcək. Həmçinin "İlin Mobil proqramı", "Virtual Münsiflər Heyətinin Seçimi", "Ən yaxşı onlayn-videolayihə" nominasiyalarının qaliblərinin mükafatlandırılması olacaq.


Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir

Mükafatın baş partnyoru - NAR.

Qızıl partnyor - Azintelecom şirkətinin Data Mərkəzidir.

Şirkət-distribütor Mi Mobile şirkəti, Carlsberg Azerbaijan şirkəti, BakuTel sərgisi, SmartHost şirkəti, operator KATV1, Golden Pay şirkəti, DEJURE layihəsi, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: Infocity.az, CBC.az, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org,  DeJure.az saytları.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.


RƏSMİ DƏSTƏK

Copyright © NETTY 2004-2018 / Site by RENLEY
Mail
Twitter
FB