Bu tətbiqin təyinatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron xidmətlərinə mobil cihazlar vasitəsilə qoşulmasını təmin etməkdir.Bu tətbiq vasitəsilə həm Azərbaycan vətəndaşlarına, həm də xarici ölkə vətəndaşlarına elektron növbə, sürətlə keçid, avtomobillərin idxal rüsumlarının hesablanması, sadələşdirilmiş bəyannamə tərtib etmək, GÖEN alınması,rəsmi gömrük xəbərləri, Komitəyə və Sədrə müraciət ünvanlamaq və 195 çağrı mərkəzi ilə əlaqə qurmaq imkanı verilir.
"Smart Customs"a keçid çox müzakirə olunasa da tətbiqin interfeysi çox rahatdır. UX/UI tərəfdən də ciddi əskiklik görmədim. Qarşlışadığım hər hansı bug-da olmayıb.
rahat istifadəli, UX/UI tərəfi gözəl olan tətbiqdir. Çatışmayan cəhəti birneçə gündən bir hesabdan avtomatik çıxış etməsi(bu zaman aylıq limitin yenilənmiş vəziyyətini göstərmir və logout edir). Yalnış göndərilən bəyənnaməni(bəyan edilməmişdən öncə) silmək imkanının olmaması. Bu pis cəhətdir və narahatlıq yaradır.
Bu proqram artıq məcburiyyətə çevrilib. Smart Customs tamamlamadan heç bir mal çatdıra bilməyəcəksiniz.
Əsas odur ki, istifadəçiləri ruhdan salmasın. İosda problem yoxdu.
Malın qiymətini əlavə etdiyimiz bölümdə valyutaları seçdiyimizdə Milli bankın (cbar)-ın həmin günə olan məzənnəsi qeyd olunmalıdır. Çünki, hesab konvertasiyasında patalogiya mövcuddur.
Məlumatların sinxronizasiyasında texniki problemlər var.
NETTY - первая азербайджанская профессиональная премия в области информационных технологий, созданная для содействия развитию национального сегмента Всемирной Сети и ИТ-рынка в целом.