NETTY - National Internet Award
AZ
Telegram
Facebook
SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// MƏDƏNİYYƏT, İNCƏSƏNƏT VƏ YARADICILIQ
https://www.youtube.com/filmac
Film Aç
Film Aç Azərbaycanda kino barəsində müstəqil fəaliyyət göstərən nadir kanallardan biridir. Kanalda adətən yerli filmlər barədə analizlər, qarşılaşdırmalı təhlillər və müsahibələr yer alır. Məqsədimiz kinoteatrlarda olan, festivallarda nümayiş edilən filmlərimizi daha geniş kütləyə çatdırmaqdır. İki beynəlxalq film festivalında iştirak edib, bu barədə reportaj hazırlamışıq. Animafilm Animasiya festivalının media tərəfdaşı kimi bu il çıxış etmişik.
fikir
məzmun
icra
44
38
38
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR

06.12.2021 Bahlul Askerov
Həvəskarlar üçün yaxşı video bazası. Uğurlar

05.12.2021 Müşfiq Şirəliyev
Müəllifi uzun müddətdir tanıyıram və kanalını izləyirəm. İlk video ilə son paylaşımı müqayisə etdikə inkişafı hiss etmək olar. Kanal festivallarda nümayiş edilən yerli və xarici filmləri daha geniş kütləyə çatdırmağa çalışır. Amma 21-ci əsrdə belə təqdimat videoları ilə çox da uğur əldə etmək olmur. Xüsusilə videoların belə uzun olması. Son aylarda daha da cut edilib, 10 dəq. həndəvərində olur. Amma daha da lakonik etmək olar.

02.12.2021 Mahir Mədətov
Maraqlı və faydalı kanaldır. Təqdimat formatında biraz fərqlilik olsa gözəl olar.
2004 - 2021 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az