https://www.azkataloq.org/
AzKataloq - tarixi foto, rəsm və sənədlər arxivi
«Azkataloq» — Layihənin məqsədi ölkənin foto və sənəd xronikasını yaratmaq, müxtəlif muzey, qalereya, şəxsi arxiv və kolleksiyalarda olan məlumatları vahid platformaya toplamaqdır. Layihə ictimaiyyətin ixtiyarına tamamilə pulsuz formada təqdim edilir. Əsas işimiz — Azərbaycan tarixinin şəkillər vasitəsilə məşhurlaşdırılması, Azərbaycan foto sənətinin və müxtəlif mənbələrin (foto kolleksiyası və sənəd sahibləri) tanıdılmasıdır.