Sevindim ki o biri saytlarımızda gördüyum nöqsanlar bu saytda gözümə dəymir. Sonra da işin müəllifini gördüm. Afərin JIS!
Nə demək olar, illər boyu çalışan faydalı resurs, rahat naviqasiya, minimalistik və səliqəli dizayn. Yeganə iradım: sağdakı reklam banneri çox böyükdür.
uzun illərin portalı olaraq çoxdan redesign-a ehtiyac var idi. Nəhayət ki bu il etdilər :) Dizayn əladır. Lakin iki məsələ var: vakansiya adı ilə axtarışla yanaşı şirkət adı ilə də filtr etmək imkanı olmasına ehtiyac var deyə düşünürəm.
Bundan əlavə vakansiya yerləşdirənlər üçün xüsusi admin panel olsaydı daha yaxşı olardı, ordan moderasiyaya göndərərdilər.
Müraciət et düyməsini vuranda maraqlı animasiya ilə vakansiyanı yerləşdirənin mailı qeyd olunur. Yəqin ki dizayn edən şirkətin və saytın sahiblərinin xüsusi "fişkasıdır". amma ilk baxışdan bu çaşqınlıq yaradır, sanki indi müraciət göndəriləcək fikri yaradır. Yaxşı olardı ki, birbaşa platforma üzərindən vakansiyanı yerləşdirənə müraciət göndərmək olsun o düymə vasitəsilə.
Çox faydalı platformadır. İstifadəsi hədsiz rahatdır. Bir ziyarətçi üçün bütün suallara cavab var. Qüsursüz sayt kimi qiymətləndirmək olar. Ümumi test göstəricilərinin nəticələri yüksək səviyyədədir. Bütün fəaliyyətinizdə bol müvəffəqiyyətlər!
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.