AZ
Facebook
ВЕБ-САЙТЫ
// ЦИФРОВАЯ ЭКОНОМИКА, БИЗНЕС И СТАРТАПЫ
https://himarketing.az/
HI Marketing Agency
HI Marketing Agency- 4 ilə yaxındır ki, fəaliyyət göstərir. Ənənəvi Marketing, Google reklam, YouTube reklam, Radioda reklam, SMM, Tiktokda reklam bilbordlarda, monitorlarda reklam, SEO xidməti, influencer xidməti, branding, video çəkilişlər və s kimi xidmətlər fəaliyyət sahəsindədir. 2025 ci ildə yüksək çıxış edərək öz sektorunda top 3 lükdə olan bir çox markaların "marketing agentliyi" pozisiyasıni sahiblənib.www.himarketing.az
https://himarketing.az/
HI Marketing Agency
HI Marketing Agency- 4 ilə yaxındır ki, fəaliyyət göstərir. Ənənəvi Marketing, Google reklam, YouTube reklam, Radioda reklam, SMM, Tiktokda reklam bilbordlarda, monitorlarda reklam, SEO xidməti, influencer xidməti, branding, video çəkilişlər və s kimi xidmətlər fəaliyyət sahəsindədir. 2025 ci ildə yüksək çıxış edərək öz sektorunda top 3 lükdə olan bir çox markaların "marketing agentliyi" pozisiyasıni sahiblənib.www.himarketing.az
Paylaş

идея
содержание
исполнение
18
16
15
КОММЕНТАРИИ ЭКСПЕРТОВ НОСЯТ СУБЪЕКТИВНЫЙ И РЕКОМЕНДАТЕЛЬНЫЙ ХАРАКТЕР

02.12.2025 Elçin BAYRAM
Sayt vizual olaraq müasir görünüşə malikdir, lakin ümumi struktur və texniki tətbiq baxımından bir sıra çatışmazlıqlar hiss olunur. Resurs əsasən single-page üzərində qurulduğu üçün dərinlik, kontent iyerarxiyası və SEO baxımından xeyli məhdudiyyət yaradır. Axtarış sistemləri üçün ayrıca URL-lərin olmaması, meta strukturların zəifliyi və kontentin bir səhifəyə toplanması optimallaşdırmanı ciddi şəkildə zəiflədir. Xidmət bölməsində ikonların düzülüşündə responsivlik problemi var, bəzi ikonlar aşağı düşür, bəziləri bir sırada qalır və bu, vizual balansı pozur. Sosial şəbəkə ikonlarında YouTube düyməsi mövcuddur, lakin real keçid əlavə edilməyib; əgər YouTube kanalı fəaliyyət göstərmirsə, ikonun saxlanması istifadəçidə yalnış gözlənti yaradır. Ümumi dizayn rəng baxımından qəbulolunandır, lakin ölçülərin və boşluqların adaptasiyası qeyri-bərabərdir. Bu, xüsusilə mobil versiyada daha çox nəzərə çarpır. Kontent yığcam olsa da, bəzi bölmələrdə vizual elementlərin ölçüsü lazımsız dərəcədə böyükdür.

30.11.2025 Mahir Mədətov
sayt yaxşıdır amma portfolio hissəsi mənə biraz qarışıq gəldi

28.11.2025 Orkhan Seyidov
Məlumatı asanlıqla çatıran saytdır, bəyəndim. Müştəri gözü ilə baxdıqda istədiyim məlumatlar rahat və əlçacandır. Kreativ Agnetlik olduğunu nəzərə alaraq saytda biraz maraqlı animasiyalar və action olsa idi daha gözəl olardı fikrimcə. uğurlar

27.11.2025 Əkbər Əsədov
Slogan yazısı türk dili versiyada ağ fonun üzərinə düşən hissəyə görə oxunaqlı deyil. Türk dili versiyada portfolio hissəsində qeydlərin bəziləri rus dilində yazılıb onu düzəltmək lazımdır. Əlavə qeydləri həmkarlarım bildirəcəkdir deyə düşünürəm. Ümumilikdə isə ideya yaxşıdır bir agentliyin öz portfoliosunu bu şəkildə təqdim etməsi, təqdim etdiyi xidmətlərlə bağlı geniş məlumat yazması üstünlükdür. Saytı daha yaxşı etmək olar. Uğurlar arzu edirəm.
// ПАРТНЕРЫ
Партнёры и друзья конкурса
ГЕНЕРАЛЬНЫЙ ПАРТНЕР
ОФИЦИАЛЬНЫЙ ПАРТНЕР
ПАРТНЕРЫ
ПАРТНЕРЫ НОМИНАЦИЙ
ИНФОРМАЦИОННЫЕ ПАРТНЕРЫ
2025 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY