Sayta vizual və funksionallıq baxımından bir çox əlavələr etmək faydalı olar. Daha müasir və səyahətçilər üçün daha cəlbedici dizayn təqdim etməniz həm satışlara həm də saytım istifadəsi baxımından faydalı olacaqdır. Domain adı və istiqamət uğurludur ümid edirəm yenilənər. Uğurlar.
Elan saytını xatırladır. Dizayn ölkədə tanınmış bir elan saytının tam oxşarında hazırlanıb. Texniki problemlər mövcuddur. Kontent yorucudur. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır.
Sayt sanki tur paketlərin elanı və üçün bir saytdır. Məsələn, turbo.az saytında avtomobillərin satıldığı kimi burda da tur paketlər satılır. Daha da yaxşı dizayn etmək olardı.
Saytın əsas səhifəsi birbaşa turlardan başlayır, lakin bu bölməyə uyğun başlıq və məlumat təqdim edilməyib ki, bu da saytın strukturunda müəyyən boşluqlar yaradır. Tur səhifələrindəki şəkillər isə nə vahid üsluba malikdir, nə də yüksək keyfiyyətlidir. Bu, saytın ümumi vizual təqdimatına mənfi təsir göstərir.
Tövsiyə edərdim ki, istirahət mərkəzləri, otel və ya sanatoriyaların real görüntülərindən istifadə edilsin. Canlı və yüksək keyfiyyətli şəkillər həm saytın cəlbediciliyini artırar, həm də istifadəçilərin təqdim olunan xidmətlərə daha çox etibar etməsinə səbəb olar.