Saytı təkmilləşdirmək faydalı olardı. Həmçinin bu qədər bloqerlərlə əməkdaşlıq edən qurumu təəssüf ki, ilk dəfə burada görürəm. Mümkün qədər məzmun və mümkün qədər cəlbedici vizual olarsa əla olar. Uğurlar arzu edirəm.
Maraqlı təşəbbüsdür, lakin sayt dövlət sktrukturu saytlarını xatırladır. Xüsusilə də ön səhifədə daha parlaq görüntülər olsa əla olar. Dizayn təkmilləşdirilməlidir.
Həvəskar tərəfindən hazırlanmışdır. Sayt vebdizayn adına zəifdir, Vahid bir tərzi təəssüf ki, yoxdur. Bir az qarışıq və yorucudur. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib. şəkillərin ölçüləri böyükdür. şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır.
Sayt ümumilikdə çox sadə hazırlanmışdır. Fontlar həddindən artıq böyükdür və bu, vizual balansı pozur. Elementlərin proporsiyaları düzgün qurulmayıb, bu da ümumi dizayna mənfi təsir göstərir.
Daxili səhifələrdə şəkillər üçün slider funksiyasının olmaması istifadəçi təcrübəsini məhdudlaşdırır. Şəkilə baxdıqdan sonra yenidən əvvəlki səhifəyə qayıtmaq zərurəti naviqasiyanı çətinləşdirir.