Imex Cargo
Səhifənin stilistikasını bəyəndim. Rənglər uğurlu seçilib fikrimcə. Postların "background"ları ümumi stilistikanı qoruyur.
Məzmun tərəfi də yaxşıdır. Xidmətlər, kampaniyalardan geniş məlumatlandırır. Daha da maraqlı etmək olar deyə düşünürəm.
Müəyyən fərqli və faydalı məlumatlar da düşünürəm paylaşmaq olar.
Səhifənin operativ cavablaması(istər rəy, istərsə də şərhlərdə) müştəri olaraq məmnun etdi. Həttda bu səhifəni incələdikdə qeydiyyatdan keçib müştəri qismində sifariş də etdim, xidmətin özünü də sınamaq üçün.
Uğurlar!
Çəpəki telegram kanalı
Bir müddətdir bu Telegram kanalını izləyirəm. Maraqlı datalar, araşdırmalar paylaşır. Ən əsası isə hər biri dəyərli və faydalıdır. Hərdən eksklyuziv məlumatlar da olur ki, çox diqqətimi çəkir.
Yerli seqmentdə səhv etmirəmsə buna bənzər kontenti olan kanal yoxdur(və ya mən görməmişəm).
Tövsiyəm olardı ki, daha çox eksklyuziv məlumatlar paylaşılsın. Bu auditoriyanın artmasına səbəb olacaq.
Cari loqo maraqlıdır amma daha profesional və kreativ loqoya ehtiyacı var kanalın.
Qalan hər şey əladır! :)
Uğurlar.
L'Occitane Azərbaycan
Səhifənin kontenti faydalıdır. Lakin icrasını o qədər də sevmədim. Vizuallaşdırmanın konkret dəst xətti yoxdur tam olaraq, ümumi görüntü qarışıqdır. Reklam xarakterli videoların əksəriyyəti qlobaldan götürülmüş stok videolardır. Xüsusi posterlər yer almayıb demək olar.
Guideline icazə verirmi bilmirəm, amma icazə versə gözəl olardı ki, yerli reklam çarxları da olsun bizim dildə(blogerlərlə olan videoları nəzərdə tutmuram).
Uğurlar!
Bakı Memarlıq Layihələri Bürosu
Səhifənin dizaynları yaxşıdır, amma məzmun cəhətdən o qədər də maraqlı deyil. Daha faydalı etmək olar. Aktivlik çox da yüksək deyil.
Caspa Azərbaycan
Tətbiq rahatdır, sürətlidir və dizayn tərəfi də əladır. Yalnızca bir iradım var, gün ərzində həddindən artıq push bildirişlərin göndərilməsidir :) Bir qədər az olsa yaxşı olardı.
Bir könüllü
İdeya olaraq sayt gözəldir. Digər şərhləri artlq ekspertlər verib deyə, əlavə qeydə düşünürəm ehtiyac yoxdur. Sayt sadəcə daha da təkmilləşdirilsə gözəl olar.
Uğurlar!
Dayaq Xeyriyyə
İdeya əladır. Sayt wow olmasa da, sadə və informativdir. Uğurlar!
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti-nin veb saytın yaradılması
Sayt gözəldir lakin çatışmayan cəhətləri çoxdur. Qatarların qrafikini canlı rejimdə izləmək, xarici dildə kontent, Bakıkartın balansını izləmək və artırmaq(artırmaq buraya inteqrasiya edilməyib), mobil tətbiqlər olmadığı halda aktiv olmayan keçidlər qoyulub.
Uğurlar!
ASAN Login
ASAN Logindən yarandığı gündən istifadə edirəm və bəyənirəm.
Xarici dillərdə olmaması fikrimcə çatışmayan cəhətidir(ən azından rus dili). Bir qəribə bug var ki, ara sıra hər hansı bir dövlət xidmətinə daxil olduqda (son zamanlar findoc və İTS.gov.az da müşahidə edirəm) login səhifəsi fərqli açılır və yenidən logout edib daxil olmaq lazım olur.
Qalan hər şey yaxşıdır. Uğurlar!
"YARDIM.ET" İanələrin İdarəetmə sistemi
Hər şey gözəldir, lakin saytın tam hazır olmadığı halda yarışa qoşulması təəssüfləndirir ki, bu öz təsirini dəyərləndirmədə göstərəcək.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi veb saytın yaradılması
Sayt yaxşıdır amma slayder anlaşılmır necə keçid edir. Sağa çevirmək düyməsi çalışmır klik etdikdə. Yuxarı hissəsində slayderlərin rəqəmləri görünür mouse-u üzərindən sürüşdürəndə anidən keçid edir bu isə user olaraq çaşqınlıq yaratdı.
Qalan hissələri bəyəndim.
Uğurlar!
"Rəqəmsal İcra Hakimiyyəti" platforması
Faydalı layihədir. Sayt da rahatdır
Fövqəladə Halların İntelektual İdarəetmə Mərkəzi
Fövqəladə Halların İntelektual İdarəetmə Mərkəzi qeyd olunub amma Nazirliyin rəsmi saytı iştirak edir. Anlaşılmadı ki, İntelektual İdarəetmə mərkəzinin saytı hansıdır.
Bu saytın kontenti yaxşıdır bəzi çatışmazlıqlar olsa da, dizyanı isə bəyənmədim
ƏMAS - Əmək Münasibətləri və Məşğulluq altsistemi
rahat, sürətli saytdır. Məzmun da aydındır və dizaynı bəyəndim.
Uğurlar!
Milli Məclisin rəsmi web səhifəsi
Saytın dizaynının yenilənməsinə böyük ehtiyac var. Digər fikirləri ekspertlər bildirib.
təhsil portalı
İdeya yaxşıdır lakin qeydiyyatsız istifadə(qeydiyyat etmədən funksionallıqı anlamaq, izləmək) imkanı təqdim olunmaması pisdir. Bu səbəbdən dəyərləndirmək çətindir.
myGov
Tətbiq yayımlanandan istifadə edirəm, razıyam və bəyənirəm. Yeganə bəyənmədiyim cəhət zamanla logout olmasıdır və hər dəfə yenidən giriş etdikdə app üçün Face iD və şifrə təyin etməkdir ki, yorucudur.
E-Sosial
İdeya olaraq yaxşıdır lakin tətbiq o qədər də funksional görünmədi mənə.
"E-qanun" tətbiqi
Faydalı və əla tətbiqdir
MOBİL NOTARİAT
Faydalı və lazımlı tətbiqdir. Sadəcə rənglərdə yeniləmə olsa daha gözəl olardı.
İnsan yönümlü şəhərlər
Çox maraqlı və faydalı mövzulara toxunan kontenti var səhifənin. Sevə-sevə izləyirəm. Dizayn tərəfə bir qədər xüsusi diqqət ayrılsa düşünürəm lap əla olar.
"İnnovasiyalar Mərkəzi" MMC
Səhifədə hər şey fikrimcə yaxşıdır. Məlumatlandırır mərkəzin fəaliyyəti haqqında, ara-sıra faydalı məlumatlar yer alır. Ən əsası səhifə təsdiqlənib.
Uğurlar arzu edirəm!
Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
İdeya yaxşı olsa da, kontent maraqsızdır. Faydalı tərəfi demək olar təəssüf ki, yoxdur. Dizayna da əl gəzdirmək lazımdır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Facebook səhifəsi
Səhifənin məzmunu yaxşıdır, aktivdir və faydalı məlumatlar var. Bəzən mesajların qeyri-iş günləri cavablandırması zəifdir. Dizaynda daha realistik fotolardan istifadə olunsa və daha canlı posterlər olsa gözəl olardı
Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
ideya yaxşı olsa da kontent və dizayn çox zəifdir
https://www.instagram.com/its.gov.az
Hər şey yaxşıdır yalnız postların vizualları daha canlı və yenilənmiş olsa yaxşı olardı.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Maraqlı və faydalı kontentləri var kanalın. Lakin daha canlı olsa videolar və sual-cavab formatında olan videolarda arxa fonda sual verən şəxsin səsi sanki otaqdan deyil arxa fonda gəlməsi kimi videoya montaj edilsə daha yaxşı olardı.
Gənclər və İdman Nazirliyinin rəsmi facebook səhifəsi
Nazirliyin rebrandingindən sonra səhifənin kontentinin yenilənməsi və aktivliyi sevindirir.
Hər şey qaydasındadır fikrimcə
Maxi.az
Saytın dizaynı bir qədər yenilənib səhv anlamadımsa. Bəzi məhsulların ümumi siyahıda fotosu yoxdur amma daxil olduqda əks olunur. Kontent tərəfdə bu məqamlara diqqət yetirilsə yaxşı olar.
Bir məhsul haqqında 0% taksit yazılıb amma açılan səhifədə hansı taksit kartları ilə ödəniş etmək mümkün olduğu görünmür. Bu alıcılar üçün vacib məqamdır.
Jobsearch.az
Uzun illərdən sonra bu il Jobsearchin dizaynının yenilənməsi sevindirir. Hər şey yaxşıdır
ipoteka.az - İpotekalı və kreditli evlər
Saytın ideyası yaxşıdır. Dizayn tərəfini çox da sevmədim. Sanki köhnə tərzli elan saytı formatıdır. Daha yaxşı ola bilər.
Sharaf Media
Sayt pis deyil amma slayderdəki video hansısa stokun deyil elə məhz agentliyin gördüyü işlərdən real case olsaydı daha səmimi olardı. Niyə ingilis dilində gözlər qalıb onu anlamadım.
Portfolio bölməsində "Hamısını göstər" seçdikdə nədənsə xidməti izah edəcək bölməyə keçid verir halbuki portfolionu tam göstərməli idi.
Saytı təkmilləşdirməyə ehtiyac var
IDEA - Sənaye məhsulları
Hər şey yüksək səviyyədədir. Mümkün olsaydı bu obyektlərə 3D virtual səyahət imkanı əlavə etmək, möhtəşəm olardı
MKTG.az
Saytın kontenti əla və faydalıdır. Dizaynı çox sadədir. Bir qədər əl gəzdirilsə, xüsusilə background rəngi biraz parlaqlıqa görə göz yorur. Bunlar dəyişsə əla olacaq. Qalan hər şey məmnun etdi
Nadias Patisserie
Müştərilərə fokuslanmış sayt olduğu üçün normaldır düşünürəm. Sadəcə qalereya birqədər narahatdır. Aşağıda mail ilə abunə olmaq hissəsində OK düyməsi məncə estetik cəhətdən yaxşı deyil.
Uğurlar!
NoteComp
Sayt sanki 2000-ci illərin əvvəli formatında yığılıb. Çox köhnə ab-havası var, hələ hər bölmədəki mətnlərin qəribə yerləşməsi. Yeniləməyə böyük ehtiyac var.
OrthoBaku
Sayta xeyli düzəlişlər etmək lazımdır. Məzmunun çoxsu tərcümə olunmayıb, fotolar çox böyükdür, narahat saytdır
avtomatika.az
ana səhifədə vizual yaxşıdır lakin informativ tərəfdən kifayət qədər vizuallar yoxdur+ məlumatlar azdır
Şassi Mağazalar Şəbəkəsi
Təəssüf ki, sayt userfriendly deyil. Haqqımızda və Ana səhifədə eyni məlumatdır. Ümmumiyyətlə niyə sayta daxil olanda birbaşa Haqqımızda bölməsi açılır anlaşılmır. Locationlar interaktiv deyil, adlara toxunanda pinlər yaxınlaşdırılsaydı daha anlaşılan olardı xəritə.
Saytı yeniləməyə ehtiyac var
IDEAL WEB NETWORK
Saytın ideyası yaxşı olsa da, gec açılır səhifələr və slaydlar. məzmunu yaxşı etmək olardı
Aviabilet? -Avia.az!
Sayt pis deyil amma daha yaxşı etmək olardı. Azərbaycanca olduğu halda sağ tərəfdə niyə ingiliscə reklam bloku çıxır anlaşılmır.
Saytın aşağı hissəsində saytı yığan agentliyin SMM və SEO xidməti göstərməsinin reklamı elə anlaşılır sanki tur agentlik edir bunu. Belə yerləşdirmək etik deyil reklamı
Təmizlik xidmətləri Clean.az
Sayt daha çox informativdir. Amma xüsusi fotoların olmaması hamsı ki xidməti əks etdirir, maraqı azaldır. Onlayn sifariş olsaydı yaxşı olardı, iconlar yanbayan olması qarışıq göstərir
Bakı Memarlıq Layihələri Bürosu
Saytın dizaynı yaxşıdır amma kontentsiz yarışa təqdim edilməsi təəssüfləndirir. Əksər yerdə kontent yoxdur
AZDO
İdeya əladır lakin təkliflərin gəlməsi sanki aktiv deyil
İOKİO.az - rəqəmsal hədiyyə kartları platforması
Sayt və layihə əladır
Nəqliyyat Vasitələrinin Elektron Servis Kitabçası
Maraqlı və faydalı resursdur
Bestbort - Mebel dizaynı və mebel istehsalı
Dizayn maraqlıdır lakin rəngli nöqtələr bir qədər dondurur saytı sanki.
Məzmun zəifdir, azdır
Tacir.PRO
sayt faydalıdı, maraqlıdır. dizayn normaldır. lakin premium paketlərin onlayn alına bilməməsi təəssüfləndirir.
EURONET – Ultra-müasir Bulud Texnologiyaları və Kibertəhlükəsizlik ✅
Dil seçimi və onlayn çat olsa əla olardı. Qalan hər şey yaxşıdır
Referral.az
İlk dəfə burada tanıdım bu layihəni. Maraqlı gəldi. Yaxşı olardı ki, işləmə prinsipini izah edən screenlər və ya vidoeçarx olardı. qalan hər şey yaxşıdır
Iceberg Aqua - su filtrləri
iOS üçün tətbiqin olmaması məyus edir. Dizayn elə də ürəkaçan deyil. ideya olaraq yaxşıdır
MixOne
İdeya olaraq yeni bir ideya deyil. tətbiq yaxşıdır, partnyor çox olsa gözəl olar. ən əsası buna bənzər proyektlər kimi tez bağlanmasın uzun ömürlü olsun
Focus optika
Kontent olaraq maraqlıdır, lakin bəzən stilistika sanki stabil deyil. Daha fərqli ola bilər
ChayPay
Maraqlı layihədir. Saytın slayderi ilk dəfə qara görünürdü sonra normal açıldı. Bəyəndim, uğurlar!
E2E sifariş prosesi
Saytın dizaynı, rahatlığı gözəldir(bəzən texniki problemlərlə bağlı donmalar istisna olmaqla). Şəxsi kabinetin veb üzərindən ləğv olunduğu qeyd olunur müvafiq düyməyə klik edib, keçəndə. Amma nədənsə bu səhifə hələ də ana səhifədə aktual olaraq saxlanılır. Bu isə keçid etdikdə müştərini təəssüfləndirir.
Findoc.az
Sayt və funksionallıqı əladır həmçinin də faydalıdır
Bank of Baku
Uzun illərdən sonra nəhayət dizayn yenilənib, daha rahat olub. Sürəti və funksionallıqı bəyəndim. Lakin sanki kontentdə çatışmazlıq var boş görünən hissələr təsuratı yaratdı məndə. Ümumilikdə bəyəndim
PAŞA Həyat vebsayt
Sayt əladır! Uğurlar
www.xalqbank.az saytı
Sayt rahatdır və gözəldir. Onlayn çat 24/7 çalışsaydı əla olardı
Onlayn Jest Dili Lüğəti
Çox faydalı resursdur.
Kitablardan Pıçıltılar
İdeya əladır. bəzi problemlər var saytda və məzmun ana səhifədə azdır sanki. Ümumilikdə gözəl layihədir. Uğurlar!
Documood
Bu layihə səhv xatırlamıramsa xeyli vaxtdır BETA-dan çıxmır nədənsə. İdeya olaraq gözəldir amma ən azından ana səhifədə izah edən demo bir video olsaydı gözəl olardı. Dizaynı yaxşıdır amma funksionallıq tam aydın olmur
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Bəzi kiçik çatışmazlıqları nəzərə almasaq, sayt əladır fikrimcə.
Uğurlar!
Div Academy - proqramlaşdırma akademiyası
Bu saytda fikrimcə hər şey qaydasındadır. Bəyəndim. Uğurlar!
Jobfier
Saytın dizaynı gözəldir. Birazca user interface-i narahat gəldi ilk dəfədən nəyin harada olduğunu tam anlamaq olmur. Ümumilikdə gözəl layihədir.
Veb proqramlaşdırma dərsləri üzrə onlayn platforma
faydalı resursdur amma video dərslər də olsa əla olar fikrimcə
Libre.az
sayt maraqlıdır. məzmunlar fərqlidir. sadəcə məzmun yerləşdirmə tezliyi azdır deyə daha çox olsa yaxşı olardı.
Online kitabxana
Sayt universitetin tələbələri və bu istiqamətdə təhsil alanlar üçün faydalı ola bilər. ümumilikdə maraqlıdır
İnfluenser Azərbaycan
faydalı layihədir. sadəcə sağ və soldakı reklam bannerlərin yerləşməsi, skrol etdikdə aşağı sürüşməsi narahatlıq yaradır.
Bəzi paketlərdə informasiya əks olunmur.
e-Edu - Tədris Mərkəzi, Kurs, Bağça İdarəetmə Sistemi
Sistemin demo testi olmadığından yoxlamaq olmur və dəyərləndirmək çətindir. Sayt olaraq maraqlıdır və faydalı təsurat bağışlayır
Elektron Sertifikat Doğrulama Sistemi
İdeya yaxşıdır amma sırf tələbələrə aid olduğu üçün xüsusi dəyərləndirmə etmək mümkün deyil təəssüf ki.
ixtisas.az
Maraqlı və faydalı saytdır. rahat və sürətli təsuratı bağışladı
Azərbaycan Universiteti
Sayt pis deyil lakin düşünürəm daha rahat olması üçün düzəlişlərə ehtiyac var. Məsələn, xəbərlər bölməsi filan bir qədər narahat və vizual cəhətdən yaxşı görünmədi mənə. Məzunların siyahısı olan yerdə fotoları da olsaydı maraqlı olardı
Komputer elektronikası forumu
İdeya yaxşıdır lakin saytın kontentinin yarı Azərbaycan yarı ingiliscə olmasını sevmədim. Bu doğru deyil. Forum qlobal səviyyəni hədəfləsə də, bir çox bölmələrdə ancaq türk dilində yazır userlər, sanki heç yerli istifadəçilər üçün deyilmiş.
Uğurlar!
Neft-Kimya Prosesləri İnstitutunun rəsmi saytı
İdeya olaraq yaxşıdır amma sayt çox köhnədir və yenilənməsinə ehtiyac var
Elektron jurnal
saytın ana səhifəsi qarışıqdır, müvafiq bölmələrə daxil olduqda elektron giriş istəyir. Ümumiyyətlə bu saytın yarışmaya qatılması anlaşılmır, çünki dəyərləndirməyə təəssüf ki, heç nə yoxdur..
Bina Hesabı
İdeya olaraq maraqlıdır, dizayn pis deyil lakin digər sistem tərəflərinə görə təəssüf ki, qeydiyyatsız test etmək mümkün olmadığı üçün dəyərləndirmək çətindir
İnformatikanın məktəbdə tədrisi
Məzmmun və fayda cəhətdən gözəl olsa da, saytın dizaynı hədsiz köhnədir və 2000-ci illərin əvvələrini xatırladır. Bu resursu qoruyub təlabatlı etmək üçün dizaynını yeniləmək lazımdır
AzTruck veb platforması
Saytda kontent azdır. Daha geniş məlumatlar olsa yaxşı olardı. dizayn qənaətbəxşdir
Təhsil üçün elektrən resurslar
Faydalı resursdur, heç bir iradım yoxdur.
Forest School Azerbaijan
yaxşı saytdır, kontent və dizayn uyğundur fikrimcə. Ana səhifədəki slayderdə sadəcə uşaqlar əcnəbilərə bənzədi, stok olaraq öz uşaqlarımız olsa gözəl olardı deyə düşünürəm.
Azkinder
iOS üçün təəssüf ki, link təqdim olunmayıb. Androiddə test etdim maraqlı tətbiqdir lakin çatışmayan cəhətləri var hansıları ki, aşağıdakı şərhlərdə qeyd ediblər.
Uğurlar arzu edirəm!
TutorLab
İdeya gözəldir. Tətbiqi müəyyən qədər inkişaf etdirmək lazımdır
NDU Tələbə Təşkilatları
İdeya yaxşıdır. Lakin yalnız Android əməliyyat sistemi üçün olması təəssüfləndirir.
Nijat İbrahimli
İdeya gözəldir, qlobal bazar üçün işləmək də gözəldir lakin ana dilində də kontent üçün xüsusi playlist olsaydı gözəl olardı.
Askerov
Layihə olaraq maraqlıdır, lakin Azərbaycan dilində də kontent olsa yerli istifadəçiləri də əhatə edərdi.
"İnnovasiyalar Mərkəzi" MMC
Kontent, səhifənin aktivliyi yüksək səviyyədədir
Bilim Bakı
Bilim Bakı bu il yaranıb səhv xatırlamıramsa. Yarandığı gündən səhifənin kontenti, aktivliyi yüksək səviyyədədir. Bəyəndim
Bilim Bakı
Hər şey yüksək səviyyədədir. Kontent və aktivliyi bəyəndim
ASAN Viza
Sayt olaraq gözəldir, lakin dizaynı yenilənsə gözəl olardı fikrimcə. Uzun müddətdir yenilənmir və qara rənglər biraz sıxıcı gəlir
DoctorTap
Hər şey yüksək səviyyədədir. Sadəcə həkim və klinikların da reytinqi olsa əla olardı
Aptekonline.az
Gözəl və faydalı saytdır
Jintravel
Maraqlı saytdır. Dizaynını da bəyəndim. Əsas da öz turunu satmaq funksiyası maraqlıdır
TURLAR.AZ
Saytın funksionallıqı yaxşı olsa da, kontent və dizayn tərəfdən zəifdir
Medprosvet
Faydalı saytdır. Amma dizaynı yenilənsə gözəl olardı
CafeCity
Hər şey gözəl və əladır
Stomatoloji Dayaq Layihəsi
Sayt gec açılır və ağır işləyirr. ümumi pis deyil amma bu problemlər narahat edir.
BHT.AZ
Hər şey yüksək səviyyədədir
Granit AS Travel
Dizayn bir qədər yenilənsə yaxşı olardı. Ümumi olaraq normaldır
Bilet.az
Çox sadə saytdır, daha funksional və maraqlı etmək olardı
Vaginizm Kabusu
Daha yaxşı formada saytı təkmilləşdirmək olar. Ümumi pis deyil
Burdan Bura
İdeya olaraq gözəldir. Kontent maraqlıdır amma saytın naviqasiyası və dizaynı o qədər də ürək açan deyil
Maxi.az
Maxi.az-ın səhifəsi səliqəlidir, agentliklə çalışdıqları bəllidir. Və bu da effektini verir. Lakin son zamanlar irqçilik, cəmiyyətin sevmədiyi məqamlara toxunan(daha çox müasir gənclərin düşüncəsinə zidd) olan formatda kontentlər hazırlayıb, paylaşır təəssüf ki. Reytinq versə də, bu səhifələrinin Qara PR-na səbəb olur :) Ümid edirəm belə kontentlərə gələn tənqidlərdən nəticə çıxarıb daha bunlara üz tutmayacaqlar.
Qalan hər şey yaxşıdır. Uğurlar!
La Quzu
Səhifə yaxşıdır. Kontentlərdə videoların üstünlük təşkil etməsi gözəldir. Amma ümumi stilistika yoxdur. yaxşı olardı ki, videolar üçün də xüsusi maraqlı coverlər hazırlansın ümumi feed-də istifadə etmək üçün
CafeCity
Kontent qarışıqdır. müəyyən dəst xətt olsa gözəl olardı. ümumi yaxşıdır
Dish.az
Bəyəndim, maraqlı kontenti var
TurNAz TV
Kanal daha çox həvəskar təsuratı bağışlayır. kontenti pis deyil amma daha yaxşı etmək olar
City Pub
kontent və stilistika yaxşıdır
Oralar
Azər bəyin səhifəsini sevə-sevə izləyirəm. Maraqlı, faydalı və həmçinin yumor hissi olan kontenti olur. Uğurlar!
Caliber.Az
faydalı və eksklyuziv xəbər mənbəyidir. gözəl saytdır
"Berpaolunanenerji.az" informasiya portalı
domenin adını qısa etmək mümkün olsaydı gözəl olardı. məlumat tərəfi yaxşı olsa da, dizaynı köhnə təsuratı verir.
Mingəçevir İşıqları qəzetinin rəsmi internet saytı
Saytda texniki problemlər var. Skrol etdikdə səhifələr qarışır bir-birinə. sanki üzərində iş aparılmalıdır kimi gəlir.
Visiontv.az
Yaxşı saytdır, informasiyalar da kifayət qədər operativ yerləşdirilir.
MicroSoft Network Robot
Dizaynı köhnədir saytın, ideyası yaxşıdır.
Amma sayt o qədər də məmnun etmədi dizayn və problemlərə görə
Xəbərlər
Dizaynı pis deyil amma sağ tərəfdəki blokların aşağı skrol etdikdə orta hissədən kənar aşağı düşməsi narahat etdi. Həmçinin də kontenti tam da ürək açmadı bir qədər sarı media təsuratı verdi təəssüf ki.
Technote Media
Kontenti əladır amma saytın dizaynı bir qədər yenilənsə gözəl olardı.
Bugün TV
Saytın vizualını sevmədim. çox qarışıq gəlir+ gec yüklənir
BAKU.NEWS
Saytda məlumatlar müxtəlif saytlardan götürülüb. Sayt özü də uğurlu deyil
Monyo
İdeya olaraq yeni bir funksiyallıqı olmasa da, daha əhatəlidir. Daha da təkmilləşdirilsə faydalılıqı artar
Eventeam
İdeya olaraq təsvirdəki qeydə görə yaxşıdır amma tətbiq normal çalışmadı deyə qiymətləndirmək çətindir.
CarTaxAz
İdeya olaraq yaxşıdır amma iOS üçün tətbiqin olmaması pisdir.
Digər qeydləri isə artıq yazıblar
Vüsal Məmmədzadə YouTube kanalı
Kontent və çəkiliş keyfiyyəti əladır. Uğurlar!
SMARTLAB
Səhifə radioverilişə məxsusdur. Açığı efirdə dinləməmişəm amma səhifənin konttentini maraqlı etməyə çalışsalar da, vizuallar çox təəssüf ki, uğursuzdur və özündən qaçırır.
Təkmilləşdirməyə və tərz yaratmağa ehtiyac var.
НОЧНОЙ БАКУ (Fb/ inst/ TikTok)
Səhifənin xüsusi bir özəlliyi yoxdur. Əyləncə üçün gözəldir, bu cəhətdən bəyəndim.
Operativ Məlumat Mərkəzi - OMM
Müharibə dövründə bu kanalı tez-tez görürdüm sosial şəbəkələrdə. Operativlik baxımdan yaxşı kanaldır
Baku.ws_official
Uzun illərin saytı baku.ws-in rəsmi instagram səhifəsi.
İzləyici sayı çox yüksəkdir, loqolu postları tez-tez instagramın kəşf et bölməsinə düşür. Səmimi deyim səhifəni izləmirəm, çünki tam da maraq dairəmdə deyil. Özünəməxsus izləyici kütləsi var. Kontentləri maraqlı amma bayağı da olur.
Ümumilikdə isə yaxşıdır, uğurlar arzu edirəm!
Bir məqam maraqlıdır ki, onların adını plagiyat edən baku.es adlı səhifə də onlar qədər məşhurdur lakin bu ada görə baku.ws komandası bir tədbir görmür onlara qarşı :)
Xarıbülbül Beynəlxalq Folklor Festivalı üçün veb saytın yaradılması
Sayt gözəldir lakin boş görünür. Kontenti azdır, festival(lardan) fotolar və videolar yoxdur. Bu isə sadəcə qısa informativ xarakterli sayt təsuratı verir.
UNIMEDIA - Universal Şou-Biznes Platforması
Saytı ilk dəfədir görürəm. gözəldir amma kontenti zəifdir və sanki gec yenilənir. resurs olaraq faydalıdır, daha çox yenilənsə yaxşı olardı.
Arts Council Azerbaijan
saytı bəyəndim amma kontenti çox deyil və dil nədənsə ancaq ingilscədir
Milli Azərbaycan Tarixi Muzeyi
məzmunu yaxşıdır amma dizayn yenilənsəydi gözəl olardı. təəssüf ki, onlayn bilet satışı inteqrasiya edilməyib saytda
kinoyazar- kino haqqında və kinodan yazanların saytı
Maraqlı saytdır, dizaynı da fərqlidir
Memarlıq / Dizayn
hər şey yaxşıdır yalnız dil seçimlərinin olmaması məyus etdi
STUDIO.AZ – Effektiv və Peşəkar Yaradıcılıq! ✅
Studio az -ı uzun illərdir izləyirəm, indi də yeni dizaynı ilə gözoxşayır. hər şey gözəldir
MƏN Corporate Branding
gözəl və rahat saytdır. əlavə şərhim yoxdur
Namaz vaxtları
Sayt normaldır, faydalıdır. Dizaynı sadədir. Məsələn, namaz qızlanlar üçün duaları da əlavə etmək olardı bu da saytın faydalı kontenti olardı.
Bu saytın Mədəniyyət və Yaradıcılıq kateqoriyası üzrə qatılmasını açığı anlamadım. İnformasiya bölməsində daha uyğun olardı.
Buradakı digər rəqiblərinin nəticələrinə də hazırda təsir göstərir :)
Namaz vaxtları
Sayt normaldır, faydalıdır. Dizaynı sadədir. Məsələn, namaz qılanlar üçün duaları da əlavə etmək olardı bu da saytın faydalı kontenti olardı. Bu saytın Mədəniyyət və Yaradıcılıq kateqoriyası üzrə qatılmasını açığı anlamadım. İnformasiya bölməsində daha uyğun olardı. Buradakı digər rəqiblərinin nəticələrinə də hazırda təsir göstərir :)
Dynamic Box Studiyasının veb saytı
Sayt möhtəşəmdir! Heyif ki, kontent çox azdır daha geniş infolar və dil seçimi olsa əla olardı
PROZA.az
saytın kontenti maraqlıdır. dizaynı fərqlidir amma qəribədir narahat gəldi. uğurlar!
Блог об истории Баку и его архитектуре
Maraqlı layihədir, bəyəndim! Uğurlar
"Learn and Play" youtube kanalı
Həmyerlilimizin bu qədər izləyicisi olan kanalının olması təəcübləndirdi və sevindirdi. amma 3 ildir kontent yenilənmir, bu yaxşı deyilt təəssüf ki. Uğurlar!
save.baku
Maraqlıdır. Biraz dizayn da edilsə postlar daha gözəl olar. Uğurlar!
Artistan
Son günlər bu səhifəni görürəm amma 2019-dan yarandığını bilmirdim. Maraqlı və faydalıdır!
PASHA MALLS-DAN ZƏFƏR GÜNÜ SÜRPRİZİ!
Layihə əladır. Sadəcə niyə səhifə kateqoriyasında iştirak edir anlamadım)
Gilavar Foto Klubunun Youtube kanalı
Kanalda xüsusi kontent yoxdur, sadəcə klubun fəaliyyəti haqqında videolardır.
Mənzil 111
Maraqlı kanaldır. Kitab sevənlər üçün daha faydalıdır.
Azerbaijan Design Award
İdeya olaraq gözəl və faydalıdır. lakin səhifənin aktivliyi və kontenti təəssüf ki azdır.
Azkinder
Maraqlı və faydalıdır
Капельки счастья
Maraqlı səhifədir, kontent rəngarəngliyi var. Daha da inkişaf etdirmək olar