NETTY - National Internet Award
RU
Telegram
Facebook
// NETTY HAQQİNDA

Azərbaycanın İnternet Mükafatı olan NETTY 2004-cü ildə təsis olunmuşdur. NETTY Qlobal Internet Şəbəkəsi və ümumilikdə İT bazarının milli seqmentdə inkişafının təşviqi üçün informasiya texnologiyaları sahəsində yaradılmış, Azərbaycanın ilk peşəkar mükafatıdır.

NETTY hər il informasiya texnologiyaları sahəsində Azərbaycanın əhəmiyyətli internet resurslarını, tətbiqlərini, sosial platforma resurslarını, aktual İT layihələri və aparıcı fiqurları müəyyən edir və mükafatlandırır.

İllər ərzində mükafat milli İnternet sahəsində ən yenilikçi və yüksək səviyyəli tədbir kimi layiqli nüfuz qazanmışdır.

Mükafat daima hökumət idarələrindən, Azərbaycanın böyük şirkətlərindən və beynəlxalq şirkətlərdən rəsmi dəstək almışdır.

NETTY mükafatlandırması ənənəvi olaraq ilin ən rəngarəng, qeyri-adi və yaddaqalan hadisələrindən biri hesab olunan qaliblərin təntənəli mükafatlandırma mərasimi ilə başa çatır.

// MƏQSƏDLƏR
// AUDİTORİYA

Bizim auditoriyamız İnternet istifadəçiləridir. Heç olmasa bir dəfə Qlobal İnternet Şəbəkəsinə daxil olan hər bir şəxs bizim potensial iştirakçımızdır. Tələbələr, dövlət qulluqçuları, iş adamları bizim müsabiqəmizin əsası hesab olunur.

Tərəqqini izləyən və onun inkişafında ön sıralarda olan insanlar.

Müasir dünyada cəmiyyətin inkişafı tendensiyasını məhz internet istifadəçiləri müəyyən edir və məhz onlar NETTY mükafatının əsas auditoriyasıdır.

// MÜNSİFLƏR HEYƏTİ

Müsabiqənin namizədlərinin müəyyən edilməsi Virtual Münsiflər Heyəti (İnternet İstifadəçiləri) və Ekspert Şurasının (Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən mütəxəssislər və peşəkarlardan ibarət xüsusi yaradılmış qrup) seçim və səsverməsi sayəsində həyata keçirilir.

Mükafatın qaliblərinin son seçimi Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən səlahiyyətli şəxslərin yer aldığı NETTY Akademiyası tərəfindən həyata keçirilir.

Layihəniz haqqında hər kəsə danışın.
2004 - 2021 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az