NETTY - National Internet Award
RU
Telegram
Facebook
NETTY2021 İnternet Mükafatı sizi iştiraka dəvət edir
//31.10.2021

Noyabrın 1-də Azərbaycanın NETTY2021 Milli İnternet Mükafatı başlayır.

NETTY hər il Azərbaycanın ən yaxşı İT layihələrini, veb-saytlarını, tətbiqlərini, sosial resurslarını və informasiya texnologiyaları sahəsində aparıcı şəxsləri müəyyənləşdirir və mükafatlandırır və bu il 16 dəfə keçirilir.

İştirakçıların ərizələrinin qəbulu 2021-ci il noyabrın 1-dən 30-dək www.netty.az internet saytında davam etdiriləcək. Dekabrın 1-dən 7-dək namizədlərin siyahısını formalaşdırmaqla Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçirilir. Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

NETTY2021 qalibləri rəsmi olaraq mükafatlandırma mərasimində elan olunacaq. COVID-19 ilə əlaqədar tədbir canlı yayıma və interaktivliyə diqqət yetirməklə hibrid rejimdə keçiriləcək.

Aşağıdakı istiqamətlər üzrə mükafata namizəd olmaq mümkündür: vebsaytlar, tətbiqlər, sosial platformalardakı resurslar. Qaliblər elan edilmiş əsas nominasiyalar üzrə hər bir istiqamət üzrə müəyyən ediləcək. İştirakçılar aşağıdakı 3 meyara görə qiymətləndirilir: ideya, məzmun, icra.

Ərizələrin qeydiyyatı ödənişlidir, potensial iştirakçılar üçün güzəşt müddəti var, noyabrın 1-dən 7-dək ərizənin qeydiyyatının qiyməti 1 AZN-dir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr üçün ödəniş linki göndəriləcək və ərizəçilər iştirak etməyə davam edəcək.

“Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından üç namizəd seçir.

“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası hər bir nominasiya üzrə və hər istiqamət üzrə üç namizəd seçir.

“NETTY Akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.

2021-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nomonaiyalar üzrə qiymətləndiriləcək:

1. Dövlət və Cəmiyyət
2. Biznes və Maliyyə
3. Elm, Təhsil və İnnovasiya
4. Səhiyyə, İdman və Turizm
5. İnformasiya və Xəbərlər
6. Mədəniyyət, İncəsənət və Yaradıcılıq

Müsabiqədənkənar fəxri nominasiyalar üzrə də qaliblər müəyyən olunacaq:

7. İlin İT Hadisəsi
8. "Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə" nominasiya

Bu il mükafatı dəstəkləyənlər:

Baş partnyor - NAR.

Mükafatın rəsmi tərəfdaşları Golden Pay, SmartHost, Renley.az-dır.

Layihənin informasiya tərəfdaşları: Infocity jurnalı, Kaspiy qəzeti, Oxu.az, Media.az

Mükafatla əməkdaşlıq üçün info@netty.az ilə əlaqə saxlayın.




2004 - 2021 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az