İlin IT hadisəsi (IT Award) — Azərbaycanın IT bazarının inkişaf istiqamətini müəyyən edən
ən mühüm rəqəmsal təşəbbüsləri və layihələri qeyd edən NETTY Milli İnternet Mükafatının
əsas texnoloji nominasiyasıdır. Nominasiyanın keçirilməsi NETTY mükafatının təşkilat
komitəsi və InfoCity jurnalının redaksiyası tərəfindən təşəbbüs edilmişdir.
Bu nominasiyanın məqsədi — biznes, dövlət idarəçiliyi və ölkənin rəqəmsal infrastrukturu
sahəsində real yenilik gətirən innovativ texnoloji həlləri həyata keçirən şirkətləri, komandaları
və tərtibatçıları tanımaq və mükafatlandırmaqdır.
İştirak üçün 2024–2025-ci illər ərzində reallaşdırılmış və ya başlanılmış layihələr qəbul
olunur. Layihələr süni intellekt, analitika, kibertəhlükəsizlik, bulud texnologiyaları,
avtomatlaşdırma və infrastruktur kimi istiqamətləri əhatə edə bilər.
Müraciətlərin qəbulu 2025-ci il dekabrın 1-dək davam edəcək. Nominasiyada iştirak yalnız
təşkilat komitəsi tərəfindən təsdiqləndikdən sonra mümkündür. Qeydiyyat ödənişlidir, ödəmə
keçidləri yalnız təsdiqlənmiş iştirakçılara göndəriləcək.
Təqdim olunan layihələr NETTY mükafatının Akademiyası və InfoCity redaksiyası
tərəfindən qiymətləndiriləcək. Ən yüksək bal toplamış üç layihənin nümayəndələri NETTY
2025 mükafatlandırma mərasiminə dəvət olunacaq və onların arasından ilin əsas qalibi —
“İlin IT hadisəsi” elan ediləcək.
NETTY İlin IT hadisəsi — Azərbaycanın texnoloji gələcəyini yaradanlar üçün tanınmadır.