Mükafatın əsas nominasiyaları barədə təfərrüatlı danışın.
"İnternet-resurslar" nominasiyaları
1. Dövlət və Hakimiyyət
Nominasiyada Azərbaycan dövlət təşkilatlarının, müəssisələrinin, yerli hakimiyyət orqanlarının resursları iştirak edir, həmçinin belə təşkilatların və müəssisələrin fəaliyyəti ilə bağlı resurslar. Məsələn, nazirliklərinin, dövlət komitələrinin, dövlət-xidmətlərinin, diplomatik nümayəndəliklərinin, agentliklərinin, onların bölmələrinin, layihələrinin resursları. Həmçinin dövlət resurslarına, ayrı-ayrı dövlət xadimlərinin fəaliyyətinə həsr edilmiş layihələri aid etmək olar.
2. İqtisadiyyat və Biznes
Nominasiyada kommersiya qeyri-dövlət təşkilatlarının resursları iştirak edir: iri, orta, kiçik və mikrobiznesə aid olan korporasiyalar, şirkətlər və firmalar. Bankların, istehsalat birliklərin, zavodların, startapların, fərdi sahibkarların resursları və s. Iqtisadiyyat, maliyyə, biznes ilə bağlı analitik və icmal resursları.
3. Təhsil və Elm
Təhsil müəssisələrinin resursları: ali məktəblər, məktəblər, kolleclər, kurslar və s. Elmi müəssisələrinin resurslari: akademiyalar, elmi tədqiqat institutları, mərkəzlər, komissiyalar, laboratoriyalar, kitabxanalar. Müəllimlərin və alimlərin resursları. Onlayn-təlimi təmin edən, soraq xarakterli (elmi və maarifləndirici) resurslar. Biliyin müxtəlif sahələrinə həsr edilmiş resurslar.
4. Mədəniyyət və Yaradıcılıq
Ədəbiyyata, musiqiyə, kinematoqrafa, teatra, təsviri incəsənətə, arxitekturaya, xoreoqrafiyaya, həmçinin başqa incəsənət və yaradıcılıq növlərinə həsr edilmiş resurslar. Kinoteatrların, muzeylərin, bədii qalereyaların, musiqi kollektivlərinin, mədəniyyət evlərinin, özfəaliyyət kollektivlərinin resursları. Musiqiçilərin, rəssamların, rejissorların, artistlərin şəxsi resursları. Incəsənətin görkəmli xadimlərinin yaradıcılığına həsr edilmiş xatirə resursları.
5. İnformasiya və Xəbərlər
Nominasiyada ənənəvi KİV-ləri (qəzetlər, jurnallar, telekanallar, radiostansiyalar) təmsil edən yaxud yalnız onlayn yayımı aparan informasiya, xəbər, analitik və başqa dövri veb-resurslar iştirak edirlər. İnformasiya məlumat bazaları, informasiya arxivləri, xəbərlərin aqreqatorları və s.
6. Elektron xidmətlər və elektron kommersiya
Nominasiyada öz fəaliyyətində onlayn həyata keçirilən satışları və xidmətləri təklif edən ödəmə sistemlərindən istifadə edən resurslar iştirak edir. İnternet dükanlar, internet-xidmətlər, internet-kataloqlar, axtarış sistemləri, poçt xidmətləri və başqaları
7. İdman və Sağlamlıq
Nominasiyada idman komplekslərinin və təşkilatların, komandaların və klubların resursları, idman informasiya resursları iştirak edir; idmançıların və məşqçilərin şəxsi saytları. Həmçinin nominasiyada səhiyyə ilə bağlı resurslar iştirak edir: tibbi mərkəzlərinin, klinikaların, həkimlərin resursları. Sağlam həyat tərzinə həsr edilmiş resurslar.
8. Cəmiyyət və Ailə
Nominasiyada qeyri-hökumət ictimai təşkilatlarının, assosiasiyaların, fondların, partiyaların və birləşmələrin resursları iştirak edir. Ayrı ictimai və ailə layihələrinin resursları. Din və mənəvi dəyərlər haqqında resursları. İctimai və ailə psixologiyasına həsr edilmiş resurslar. Nikaha və toylara həsr edilmiş resurslar. İctimai xadimlərin resursları.
9. Turizm və İstirahət
Nominasiyada turizm şirkətlərinin və təşkilatların resursları iştirak edir; ayrı turizm istiqamətlərini inkişaf etdirən layihələrin saytları. Aviaşirkətlərin saytları, avtomobil, dəmir yolu, su sərnişin daşınmaları ilə məşğul olan şirkətlərin saytları. Bələdçilərin və ekskursiya bürolarının saytları. Mehmanxanaların, hostellərin, turist bazalarının, restoranların saytları. İnformasiya və analitik turistik, axtarış, bukinq sistemlərinin, aviabiletlərin aqreqatorlarının və başqalarının resursları.
10. Azərbaycan
Nominasiyada Azərbaycan Respublikası ilə tanış edən qeyri-kommersiya saytları iştirak edir. Azərbaycan tarixinə, Azərbaycan coğrafiyasına, Azərbaycanın təbiətinə, milli aşpazlığa və s. həsr edilmiş saytlar. Azərbaycanın görkəmli şəxslərinə həsr edilmiş saytlar. Azərbaycanda yaşayan millətlər haqqında məlumat verən saytlar. Azərbaycanın şəhərləri və regionları haqqında saytlar.
"Ilin Mobil proqramı" nominasiyası
Nominasiyaya cari və əvvəlki illər ərzində Azərbaycanda yaradılmış IOS və Android əsaslı mobil qurğular üçün proqramlar irəli sürülür. Informasiya, təlim proqramları video - və fotoredaktor, musiqi tətbiqləri, messencerlər, onlayn-mağazalar, naviqasiya xidmətləri, oyunlar və başqaları.
"Virtual münsiflər heyətinin Seçimi" nominasiyası
Nominasiyada digər kateqoriyalarda irəli sürülmüş bütün saytlar iştirak edir.
"Sosial şəbəkələr" nominasiyaları
1. Ən yaxşı onlayn-videolayihə
Nominasiyada məşhur videoxostinqlərdə (YouTube, Vimeo, Video.mail.ru və başqaları), sosial şəbəkələrdə (VK, Facebook və başqaları), həm də sərbəst saytlarda yerləşdirilmiş video-layihələr iştirak edir. Analitik, maarifləndirici, əyləncə video-layihələri. Video-müsahibə, sketç-şou, videoicmal və başqaları.
2. Sosial şəbəkələrdə ən yaxşı səhifə
Nominasiyada Facebook, Instagram sosial şəbəkələrində yaradılmış səhifələr iştirak edir. Təşkilatların, birliklərin, xidmətlərin, layihələrin səhifələri. Korporativ, şəxsi, maarifləndirici, əyləncə səhifələri və başqaları.
"Ilin İT-Hadisəsi" nominasiyası
"Ilin İT-Hadisəsi" kateqoriyasında NETTY mükafatına informasiya-texnologiya irəliləməsinə əhəmiyyətli təsir göstərmiş, informasiya texnologiyalarının inkişafında yeni mərhələyə imza atan xüsusi əhəmiyyətli layihələr və hadisələr irəli sürülür.
Fəxri nominasiya "Azərbaycanda İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə"
Müsabiqədənkənar mükafat Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafında şəxsi töhfəsi olan görkəmli xidmətlərə verilir.