Təşkilat Komitəsi dəstəyə görə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin Microsoft Azerbaijan şirkətinə, ən böyük operatorlardan biri Azeurotel şirkətininə, Ali&Nino dükanlar şəbəkəsinə, Iteca Caspian şirkətinə, Intrans internet provayderinə, İKT Məlumat Mərkəzinə, Expert.AZ, INFOсity, ITMagazine, 1News.az təşəkkürünü bildirdi.
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.