NETTY - National Internet Award
AZ | RU
Telegram
Instagram
Twitter
Facebook
EKSPERT ŞURASI
Mədətov Mahir Fərhad oğlu

Head of Digital Department Floor6 Advertising Agency


Siz səsvermə processindəsiniz. Səsiniz qəbul edilməsi üçün Siz hər bir nominasiyada heç olmasa üç sayta qiymət verməliziniz.

Qiymət verdiyiniz saytlar :

Sosial şəbəkələrdə ən yaxşı səhifə
Shukurzade & Company - S&Co
5 3 2 5


Sosial şəbəkələrdə ən yaxşı səhifə
Lerami Art
5 5 5 5


Sosial şəbəkələrdə ən yaxşı səhifə
Limak.az
5 5 3 5


Proqramlar/ Программы
Videolayihələr/ Видепрограммы

ŞƏRHLƏR

Lerami Art
Layihənin ideyası yaxşıdır. Xüsusi ilə Storiesdə mütəmadi olaraq keçirilən Rəssamlıqla bağlı sorğular maraqlıdır. Səhifənin görünüşünü daha da yaxşılaşdırmaq üçün müəyyən rubrikalarla(onlar üçün yaradılan müvafiq stilistikalı posterlərlə) səhifəni daha da rəngarəng və müəyyən dəst-xəttli etmək yaxşı olardı. Storiesdə sorğularda istifadə olunan maraqlı faydalı məlumatlar tipli "Tarixdə bugün" mövzusunda rubrika, müxtəlif məşhur rəssamlarımızla video müsahibələr(İGTV-dən də istifadə yaxşı olar bunun üçün) və LİVE-lər etmək səhifə üçün faydalı olar auditoriyanı artırmaq üçün.

Limak.az
Şirkətin "guideline"-sinə uyğun olaraq postların stye-ı yaxşıdır. Lakin məzmun yetərincə qane etmədi. Şirkət yalnız geyim sifarişlərini qəbul/çatdırılma etmir amma bütün postlar geyimlərə həsr olunub. Bu məsələyə dair səhifənin moderatoruna müraciət edərək soruşdum səbəbini, təlabatın daha çox geyimlərə olduğunu və buna görə də yəgin məzmunun belə olduğunu qeyd etdi. Məzmun bir kateqoriya məhsula fokuslanmasa yaxşı olar. Kənardan geyim mağazası kimi görünür :) Mümkün qədər sifarişin çatdırıldığı şirkətlərin stock fotoları ilə yanaşı real yerli fotolardan istifadə olunsa, müştərilərin ofisdə məhsulları təhvil alarkən real fotoları çəkilib yayımlansa maraqlı olar izləyicilər üçün. Səhifədə şənbə günü gecə saatlarında Direct mesajımın cavablandırılması isə xoş oldu. 24/7 xidmət ümüd edirəm daima sosial media üzərində də dəstəklənir. Geyimlərə dair maraqlı tövsiyyəli postlar, bloger/influencerlərdən də istifadə olunsa gözəl olar. Sonuncu yayımlanan ilk sosial media üçün nəzərdə tutulan reklam çarxı gözəldir.

Shukurzade & Company - S&Co
Shukurzade & Company yerli digital sektorunda bu adla çox qısa zamanda görünsə də, daha öncələrdən digər adlar, layihələr ilə fəaliyyətlərini izləmişəm. Maraqlı və fərqli yanaşmaları olub hər zaman. Lakin sırf Shukurzade & Company səhifəsinin dizayn tərzi(xüsusi ilə göz yoran tünd göy rəng) ürəkaçan deyil. Paylaşımlar(şirkətin müştəriləri üçün etdikləri sifariş və qeyri-sifariş məzmun) orta səviyyədədir fikrimcə. Yəni bunu digər rəqibləri olan digital şirkətlərlə müqaisədə demək olar. Bu istiqamətdə təkmilləşdirmə edilsə gözəl olardı. İstisna olan məqam isə son 1-2 ay ərzində AZTV kanalı üçün hazırladıqları və kanala public şəkildə təklif etdikləri brandingdir ki, onu şəxsən çox bəyənmişdim. İdeya olaraq gözəldir. Məzmun, səhifənin post stilistikası daha da təkmilləşdirilməsini tövsiyyə edərdim.

Limak.az
Əlavə olaraq Directdə rəqiblərlə bağlı müştərinin müqaisəli suallarını cavablandıran əməkdaşların bir qədər cavab verərkən diqqətli və ehtiyatlı olmasını tövsiyyə edərdim :)



Rəsmi dəstək
RƏSMİ PARTNYORLAR
BAŞ PARTNYOR
QIZIL PARTNYOR
GÜMÜŞ PARTNYOR
PARTNYORLAR
MƏLUMAT DƏSTƏYİ
MÜKAFAT HAQQINDA
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.
PAYLAŞMAQ
© 2019 NETTY. Site by RENLEY