NETTY - National Internet Award
AZ
// ЭКСПЕРТНЫЙ СОВЕТ


5
5
5



3
3
3



2
1
1



3
3
2



4
4
4



3
1
1



5
5
5



5
5
5



4
4
3



3
3
3



5
5
5



4
4
4



5
5
5



3
1
1



2
3
4



5
5
5



4
5
5



5
4
4



4
3
3



3
4
3



4
5
4



5
5
5



2
3
3



5
5
5



5
5
5



3
1
1



4
2
2



5
5
5



1
1
1



5
4
4



3
2
2



2
3
4



5
4
4



5
3
2



4
2
2



4
3
2



5
5
3



5
4
3



4
3
2



4
4
4



5
2
2



3
1
1



3
3
2



4
4
4



5
5
4



5
3
2



4
5
5



3
3
3



3
1
1



2
2
2



5
4
3



5
5
5



3
4
4



1
1
1



3
3
3



2
1
1



4
5
5



5
4
3



5
5
4



3
3
2



4
3
2



3
5
5



1
1
1



5
5
5



1
1
1


КОММЕНТАРИИ


Təəssüf ki, dövlət qurumunun öz stilistikası yoxdur. Paylaşılan kontentlər çox keyfiyyətsiz, səhifə isə çox monotondur. İstifadəçiyə heç bir qatqısı yoxdur. Sanki səhifə hesabat xarakteri daşıyır. Paylaşılan xəbər linkini olduğu kimi paylaşılması (qısaldılmış url istifadə etmək olar) və ya səhifənin örtük şəklinin köhnə olması və mobil adaptasiya edilməməsi kimi xırda, amma vacib nüanslar işin peşəkarlığı şübhə altına qoyur. Həmçinin mətnlərdə sosial media üslubunda yazılmayıb. Ən əsası dövlət qurumunun işi çox insana çatmaqla, onlara fayda verməkdir. Amam postlar boost olunmur. Yəqin ki, səhifə sadəcə öz əməkdaşları görsün deyə nəzərdə tutulmayıb. Qısaca səhifə heç nə ilə təəccübləndirmədi məni.


Ümumi olaraq səhifə səliqəlidir. Amma digər dövlət qurumlarında olan hallar təkrarlanır: Səhifənin stilistikasının olmaması, uzun mətn və uzun url, reklam büdcəsini ayrılmaması və s. Adi logo belə hər dəfə vizualda müxtəlif yerdə peyda olur. Həmçinin çox istərdim ki, hesabat tipli paylaşımlardan daha çox istifadəçilərə fayda verən informativ kontentlər səhifədə daha çox olsun.


Təəssüf ki, səhifə xəbər portalı olmaqdan o yana keçmir. Hesabat tipli yaradılmış daha bir dövlət qurumu səhifəsi. İstifadəçilə ilə ortaq bir kommunikasiya dili yoxdur. Ümid edirəm report xarakterli olmaqdan çıxıb istifaçilərə yönələn, problemlərini dinləməyə çalışan və ya həll edən bir dövlət qurumu olar. Qısaca səhifə heç nə ilə həyəcanlandırmadı məni.


Qarşımda türklər demiş amator bir səhifə var. Səhifədə heç bir guidline yox, üsülub yox, stilistika yox. Ola bilsin ki, paylaşılan məlumatlar istifadəçilər üçün faydalıdır, amma bunu çatdırmaq üçün istifadə olunun yol bu deyil təəssüf ki. Uzun-uzun yazılar, təkrarlanan fotolar və s. daha peşəkar bir yanaşma gözləyərdim. Ən azı müsabiqəyə qatıldığınız üçün bir əl gəzdirmək olardı.


Peşəkar bir komanda tərəfindən idarə olunduğu o saat hiss olunur. Stilistikasının, öz dəsti-xəttinin olması və s. Bəzi xırda nünaslar var ki, narahat etdi. Karusel postlardan istifadə edilməməsi,mütəmadi paylaşımların olmağına baxmayaraq az reaction olması və.s


Highlight cover-dən tutmuş paylaşılan kontentə kimi peşəkarlıq hiss olunur. Sadəcə qlobal markanın ilk öncə kontentləri adaptasiya olunaraq istifadə olunaraq istifadə olunub, daha sonra o guidline-dan çıxılıb sanki. Və həmişəki kimi boost edilməyən postlar...


Ramilə xanım əla rəssamdır. Hesabı da olduqca faydalıdır deyə bilərik. Yaxşı olardı ki, hesab şəxsi profildən çıxıb "Səhifə rəssamlar və rəssamlığa marağı olan auditoriya üçün nəzərdə tutulub" ifadəsi ilə daha da match olsun. Uğurlar!


Kanalı musiqiçi bir dostumun öz bəstəsini orda paylaşmasından sonra tanıdım. Kanal çox uğurlu idarə olunur, coverlərə xüsusi və fərdi yanaşılır. Həqiqətən də gənc istedadlara dəstək olunur. Sadəcə maraqlı gəldi əldə olunan gəlirlər bölüşülürmü? Uğurlar.


Düzü kanalın mahiyyətin tam başa düşmədim. Bunun üçün Youtube kanalındansa varsa Instagram hesabının bölüşülməsi daha yaxşı olardı. Ola bilsin ideya var, amma icra zəifdir. 2017-ci ildən yaradılsa da kanalda 165 subcribers var.


Həvəskar bir səhifə var qarşımızda. Paylaşımlar da mütəmadi olmur. 2017-ci ildə paylaşılan bir postun pin edilməsi buna nümunədir. Uğurlar yenə də.


Müəllifi uzun müddətdir tanıyıram və kanalını izləyirəm. İlk video ilə son paylaşımı müqayisə etdikə inkişafı hiss etmək olar. Kanal festivallarda nümayiş edilən yerli və xarici filmləri daha geniş kütləyə çatdırmağa çalışır. Amma 21-ci əsrdə belə təqdimat videoları ilə çox da uğur əldə etmək olmur. Xüsusilə videoların belə uzun olması. Son aylarda daha da cut edilib, 10 dəq. həndəvərində olur. Amma daha da lakonik etmək olar.


Səhifədəki paylaşımlara baxamdan da səhifənin izləyici sayı və postlara gələn reaksiyalardan da başa düşmək olar ki, öz kütləsinə maraqlıdır. Amma bir struktura otuzdurulsa, bir peşəkar əli dəysə daha çox diqqət çəkər. Həmçinin yaxşı olardı ki, azərbaycan dilli kütlə də nəzərə alınsın. Uğurlar.


Səhifə niyə bu kateqoriyada yer alıb başa düşmədim. Buna da çox şəxsi profil demək olar. Səhifədə mövqelənmə yoxdur. Fərqləndirməkdə çətinlik çəkirəm.


Ayrı-ayrılıqda zövqverici şəkillər var, amma səhifədə ümumi harmoniya yoxdur. Instagram feed çox qarışıqdır və göz yorur. Həmçinin fotolara müəyyən qədər retouch olunsa yaxşı olardı.


Kontent tərəfdən çox kasaddır. Həm kəmiyyət, həm də keyfiyyət baxımından. Hansısa qiymətləndirmə etmək çətindir.


Çox az bir zamanda bu qədər izləyici yığmaq sadə deyil. Əksər aylarda kanal baxış sayına görəya lider olur, ya da əksər TV kanalları geridə qoyur. Artıq sözə ehtiyac yoxdur. Playlist yaratsanız daha yaxşı olardı.


Kanal əslində maraq yarada bilir. 2 nünans məni narahat etdi. Kanalı səsi motivasiyadan uzaq və yorğun təəssüratı yaradır. Həmçinin thmubnaillərdə uğursuz və Youtube vieo cover ölçülərinə uyğun deyil.


Sputnik hər kəsə bəllidir. Amma telegram kanalına xüsusi yanaşlımır. Telegram "tool"ardan, adi "poll" və s. istifadə etmək bir kənara, paylaşılan xəbərlərdə fotolar ilə nadir hallarda dəstəklənir.


Kanal; faydal; saymaq olar. Səsləndirmə çox sıxıcı gəldi. Kontent maraqlı olsa da, uzaqlaşdırdı videodan. Yaxşı olardı ki, thumnaillər eyni stilistikada olsun. Bunun üçün Canva-dan rahat istifadə edə bilərsiniz.


Kanalı faydalı saymaq olar. Səsləndirmə çox sıxıcı gəldi. Kontent maraqlı olsa da, uzaqlaşdırdı videodan. Yaxşı olardı ki, thumbnail-lər eyni stilistikada olsun. Bunun üçün Canva-dan rahat istifadə edə bilərsiniz.


Xırda nünasları saymasaq bu kateqoriyada yəqin ki, ən uğurlu səhifə budur. Az-çox bir korporativ yanaşma var. Xahiş edirəm, bu loqoya stabil bir yer tapın. Hər dəfə bir yerdə peyda olur) Uğurlar.


Yaxşı olardı ki, əshifədə paylaşımlar kateqoriyaya bölünüb, hər kateqoriyaya uyğun paylaşım edilisin. Qrupun statistikası yaxşıdır, faydalı olduğuna da işarədir. Yaxşı olardı ki, admin özü də ara-sıra qrupun yanaşmasına uyğun xüsusi yaradılmış stilistakda maarifləndirici paylaşımlar etsin.


İdeya çox yaxşıdır, çox lazımlıdır. Səhifədə bunu reallaşdırmaq üçün edilən cəhdləri də gördüm. Bəzi vacib paylaşımları boost etməyinizi tövsiyə edirəm. Həmçinin paylaşımlarda ortaq bir stilistikası da yox idi. Bunu da nəzərə alarsınz. Uğurlar.


Fikir var, (ad çox iddialıdır) amma daha peşəkar yanaşma gözləyərdim. Səhifəyə mütləq bir dizyner əli dəyməlidir. Həvəskar bir səhifədən çıxıb mütəxəsssis rəyləri, intervyuları kimi daha spesifik yanaşma etmək olar.


Nicat bəyin, animasiya, dizayn və 3D modelləmə dərslərinə uzun müddətdir bələdəm. Kanalda əsas problem Azərbaycan dilini dəstəkləməməsidir. Əminəm ki, ingilis dilində olması Nicat bəyə daha çox fayda verir. Daha çox baxış (xüsuilə xarici ölkələrdən gələn baxış bəllidir ki, daha dəyərlidir). Rica edərdim ki, yerli izləyicilərdə nəzərə alınsın. Heç olmasa subtitle olmasını istəyərdim. Ümdi edirəm bəyin adsense gəlirləri yaxşıdır.) Uğurlar


Mövuzlar ağır olsa da uzun videolar izləyicini yorur. Müəyyən hissələrə bölüb paylaşım etmək olar. Həmçinin mövuzya uyğun kanalda thumbnail görmək istəyərdim. Həmçinin mikrofondan istifadə etməyinizi tövisyə edirəm.


Yəqin ki, bu kateqoriyanın ən yaxşısı bu kanaldır. Seçilən məzmunlar çox maraqlıdır və hər kontentə özənlə yanaşılır. Thmubnailləri çox bəyəndim. Ümid edirəm qısa zamanda daha çox kütləyə (xüsusilə uşaqlara və valideynlərə) çatar. Yaxşı olardı ki, alternativ ritmik musiqilərdən istifadə edilsin. Copyright pozamdan da belə musiqlər tapmaq mümkündür. Uğurlar.


İdeya var. Sadəcə gərək qarşı tərəf də bu app-dən istifadə etməlidir ki, invitation getsin. Bu isə işləri çətinləşdirir. Ümumi interfeys yaxşıdır, rahatlıqla IOS versiyasına adaptasiya ola bildim. Amma indiki zamanda sosial medianın populyar olduğu bir zamanda insanlar özlərinə zəhmət verib adi dəvət üçün app yükləməz deyə düşünürəm. Invitation type-da daha uğurlu visuallar istifadə etməyinizi tövsiyə edərdim. Uğurlar.


Maraqlıdır, IOS versiyası niyəsə yoxdur. Təəssüf ki, istifadə edə bilmədiyimizdən app-də usability barədə bir şey deyə bilməyəcəm. Ümumi fikir təbii ki, gözəldir. Ümid edirəm yaxın zamanda ehtiyacımız qalmaz)


"Smart Customs"a keçid çox müzakirə olunasa da tətbiqin interfeysi çox rahatdır. UX/UI tərəfdən də ciddi əskiklik görmədim. Qarşlışadığım hər hansı bug-da olmayıb.


Tətbiqdə kifayət qədər bug var. Texniki problemlər aradan qaldırılmalıdır. IOS istifadəçiləri ümumiyyətlə nəzərə alınmaylb.


Belə tətbiqə həqiqətən ehtiyac var idi. UX/UI tərəfi çox zəifdir. Kifayət qədər bug, error yaranrır. Bunlar aradan qaldırılmalıdır. Review-larda tətbiqin əlaf fikir olduğunu amma üstündə hələ çox işlənməli olduğunu göstərir.


Digər bank tətbiqlərində olduğu kimi bəzi problemlər özünü göstərir. Amma ümumi götürsək bu kateqoriyanın çempionudur yəqin ki.


Demək olar ki, bütün bank app-ləri bu sistemi dəstəkləyir. Nə qədər ehtiyac var ki bu app-ə.


Yəqin, ilk dəfədir ki, stimullaşdırıcı lotereya üçün tətbiq yaradıldığını görürəm. Bu yaxşı haldır. Data toplamaq üçün əla fürsətdir. Yəqin ki, davamlı olacaq. Maraqlıdır ki, niyə online sifariş etmək fürsəti hələ də yoxdur. Bazar demək olar ki, tuk-tukdan sonra boş qaldı. Fonibo və s. heç nə edə bilmədi. Bəzi səhifələrin yüklənməyində porblem yaşadım, yəqin ki, internet ilə bağlıdır.


Bir neçə xırda bug ilə qarşılaşdım. Axtarış sistemini təkmilləşdirmək olar.


Ümumi ideya olaraq yaxşıdır. Ümid edirəm, updatelər vaxtlı-vaxtında olur.


WingZ-dən kifayət qədər istiafdə etmişəm. Bug-lar az deyil. App unstable işləyir. Yaxşı olardı ki, skuterlərin şarjıda göstərilsin. Ofline-da olan proseslərin app-də inteqrasiyasında ciddi boşlulqar var. Support tərəfi zəifdir. Zamanla və praktika ilə düzələciyini düşünürəm.


Ortada ciddiolaraq əmək var. Sadəcə ideya olaraq innovation tərəfini görmədim. Unikallığı yoxdur, Interfeys TikTok və Instagram-ın mixdir sanki. Həmçinin bildiyim qədər ilə ilk sosial şəbəkəmiz bu deyil.


Qarabağ Futbol klubunun sosial media hesabı çox zəif idarə olunur. Amma bu funpage ona baxanda daha yaxşıdır. Arada video kontentlərə də yer verilsə yaxşı olar.


Sayt tam hazır deyil, beta versiyasındadır. Gərək hazır olduqdan sonra müraciət edilərdi və ya inkişaf mərhələsində olan funskiyaları deaktiv etmək mümkündürsə edib elə qoşulardılar.


Daha bir beta versiyada olan sayt. Sosial şəbəkə iconları vahid stilsitikada olsa yaxşı olardı. Loqolar görünsə daha anlaşılan olar. Ümumi çiçək kimi saytdır.)


Ümid edərm tək məndə oldu: Sayt həddindən artıq gec yüklənir. Sosial şəbəkə iconları anlaşılan deyil. Saytın interfeysi çox əladır.


Saytdan birbaşa bilet sifariş etmək olsaydı daha maraqlı və faydalı olardı. Çünki geriyə elə bir üstünlük qalmır. Sayt mobil responsivdir amma bəzi qaçmalar var.


Saytın dizyanına bir normal web designer əli dəyməlidir. İnsanı soyudur saytdan. Home buttonda çöx bölmə var faydalı linklər və s yığışdırmaq olar.


Slayderdəki xəbərləri aktualı ilə yeniləməkdə fayda var. Search düyməsi yaxşıişləmir. Çəltik istehsalı ilə bağlı xəbər varsa və mən axtarış edəndə çıxmırsa nə faydası var. Sayt ümumi olaraq səliqəlidir.


Səliqəli saytdır. Home page-də pop up statik vziaul ilə dəyişsəniz daha yaxşı olar, daha tez yüklənər sayt. Axtarış sistemi yaxşı işləyir.


Şriftləri bu qədər bold etməyə ehtiyac yoxdur. UX tərəfi zəifdir.


Son dövrlərdə aktivləşən qrumlarımızdan biri. Sayt səliqəlidir, ümid edirəm işsizlərə də faydalı olur.


IOS mütləq nəzərə alınmalıdır. Ümid edirəm cədvəl real time olaraq yenilənir.


Yerli freelnance platformalaraehtiyac var idi. Sayt da əladır, dizaynı, strukturu və s. Sadəcə karlara baxanda çox fərqli sferları gördüm. Yaxşı olardı ki, 1-2 xidmətə foks olasınız. Artıq təlabat oluğu zaman digər xidmətləri də aktiv etmək olar. Mövqelənmə çox əhəmiyyətlidir. Onun marketinq planlamasını da aparmaq daha rahat olur.


JobSearch.az uzun illərin saytıdı. "Redisgn"ə ehtiyacı var idi. JIS yenə yaxşı iş qoyub ortaya.


Ümumi hər şey qaydasındadır. Dilləri dəyişəndə notification hissədə hər dəfə eyni dildə eyni mövuzlu pop-up pəncərə çıxırdı. Bunu fix edərsiniz zəhmət olmasaş.


Layihələr və partnyorlar bölümündəki loqo və vizuallar ölçüyə uyğun adaptasiya edilməyib. Loqolar isə həddindən artıq böyükdür. Dil seçimi olanda tam o dilə keçid olmur. Boş səhifələr var. Belə şəkildə müraciət etmək doğru deyil.


İdeya olaraq yaxşıdır. Faydalı olduğunu düşünürəm web designer əli dəyməlidir mütləq. Birdə bəzi dərslər açılmadı.


Saytın interfeysi mütləq yenilənməlidir. Çox old schooldur. Misal dil iconunu qoyub yanında mətn ilə də yazmaq mənasıdır. Sosial şəbəkələrə keçidi göstərən çubuqlar çox uğursuzdur.


Sayt qəşəngidr. Bir sayta daxil olan kimi açılan abone ol pop-upı uğursuzdur. Hər cihaz üçün də responsive deyil.


Saytdakı fotolar compress olsa yaxşı olar. 150kb çərçivəsində. Sayta çox gec açılır buna görə. Daha uğurlu şrift seçmək olar.


Saytda bir çox texniki qüsur var. Adi vatsapa keçid etmək olmur, yükləməyimi istəyir. Whatsapp web-ə yönlədnirmək olar halbuki. Ümumi yenidən dizayn olunmağa ehtiyac var.


Saytda qeyri-adi bir kontent yoxdur. Radioda dinləyə bilməyən kütlə üçün nəzərdə tutulub. Amma inanmıram bu da ciddi bir rəqəm olsun.


Saytda yenilənmələrə ehtiyac var.


Portfolio üçün əladır. Elnur Babayev də sözünü demiş əla dizaynerdi. Uğurlar.



2004 - 2021 | Copyright © NETTY | Site by RENLEY Hosted by host.az