NETTY - National Internet Award
// EKSPERT ŞURASI
Fərhad Ələkbərzadə

Salesforce Development
Senior Developer & President @ Azerbaijani Union

Səsverməni vaxtında bitirməyib, səslər hesablanmır.




Qiymət VERMƏDİYİNİZ kateqoriyalar :


// DÖVLƏT VƏ CƏMİYYƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// DÖVLƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// İQTİSADİYYAT VƏ BİZNES / VEBSAYTLAR
// İQTİSADİYYAT VƏ BİZNES / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// İQTİSADİYYAT VƏ BİZNES / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// MALİYYƏ VƏ BANKLAR / VEBSAYTLAR
// ELM, TƏHSİL VƏ İNNOVASİYALAR / VEBSAYTLAR
// ELM, TƏHSİL VƏ İNNOVASİYALAR / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYALAR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// MƏDƏNİYYƏT VƏ YARADICILIQ / VEBSAYTLAR
// MƏDƏNİYYƏT VƏ YARADICILIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR


Tam qiymət VERMƏDİYİNİZ kateqoriyalar :



Qiymət verdiyiniz resurslar :

// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Fövqəladə Halların İntelektual İdarəetmə Mərkəzi     3 4 3


// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Dayaq Xeyriyyə     5 5 4


// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
ASAN Login     5 5 5


// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
"Rəqəmsal İcra Hakimiyyəti" platforması     5 5 4


// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Milli Məclisin rəsmi web səhifəsi     4 4 4


// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
"YARDIM.ET" İanələrin İdarəetmə sistemi     5 3 5


// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Bir könüllü     5 4 5


// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti-nin veb saytın yaradılması     5 3 4


// DÖVLƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi veb saytın yaradılması     4 5 3



ŞƏRHLƏR

Bir könüllü
İdeya və struktur çox yaxşıdır. Müəyyən texniki detalları həll etmək yaxşı olar. Məsələn: 1. Qeydiyyat səhifəsində footer hissədə böyük boşluq var (Chrome). 2. Ana səhifədə bloq hissədə "Ayın bloqu" label arxasında bir fon vermək olar ki, şəkilin üzərində görünsün, itməsin. 3. Təqvim fuksiyası çox gözəldir, amma təqvimin özünün də funksional olması çox yaxşı olar. Bu gün internetdə bunun üçün çoxlu sayda hazır həllər var. Məsələn, hansı gün tədbirlər varsa, o günün rəqəmi başqa rəngdə olur və ya bu günün tarixi kimi xüsusi halqaya alınır. Digər detalları digər ekspertlər qeyd edib deyə, təkrarlamaq istəmirəm. Uğur olsun!

Dayaq Xeyriyyə
Wordpress CMS'dən kifayət qədər yaxşı istifadə edilib. Ana səhifədə müəyyən hissələrdəki texniki qüsurlar (məsələn, işləməyən YouTube linkləri və s.) və müəyyən UI işləri tam görülsə ideal olar. İdeyaya isə söz yox, xeyriyyə işi hər zaman gözəldir. Uğurlar!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi veb saytın yaradılması
Nazirlik saytı olduğu üçün müəyyən xırda detallara diqqət ayırmanızı istərdim. İlk növbədə sol hissədə sosial şəbəkə ikonlarının axıcı şəkildə istifadə olunmasına düşünürəm ki, ehtiyac yoxdur. Çünki bu xəbər və ya hansısa əyləncə saytı deyil. Ana səhifənin ümumi dizaynı sadə və səliqəli olması yaxşıdır. Slayder hissənin minimallaşdırılması və son 10 ildə istifadə olunan şablon versiyadan çıxarılması yaxşı olar. Qanunvericilik səhifəsində bütün linklərin "e-qanun"-a yönləndirməkdənsə, sayt daxilində istifadəçini saxlamaq daha məntiqli olar. Əks halda hər dəfə sayta dönməyə ehtiyac duyulur. "Elanlar" səhifəsindəki dizayn məzmunun "Media" səhifəsi ilə eyni istifadə olunması məncə düzgün deyil. Bu dizayn Media səhifəsinə uyğundur. Elanlar üçün siyahı şəkildə olması daha məqsədəuyğun olardı (istifadəçi üçün yararlı olması baxımından). Uğurlar!

"YARDIM.ET" İanələrin İdarəetmə sistemi
Saytda onlayn ianə sistemi olması gözəldir. Yeganə çatışmayan cəhət, məzmunla olan "lorem ipsum", saytın fərqli dillərdə fəaliyyətdə olmasına baxmayaraq məzmunun tam tərcümə olunmamasıdır. Bunları müsabiqəyə qoşulana qədər həll etsə idiniz, daha gözəl olardı. Uğurlar!

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti-nin veb saytın yaradılması
Məzmunda olan çatışmazlıqları həmkarlar qeyd edib deyə, buna toxunmuram. Müəyyən detallara amma toxunmaq istəyirəm. Menü düyməsinə sıxanda "footer" hissədə olan menünün tam qarşımıza çıxarılmasına məncə ehtiyac yoxdur. Əksinə bu bizə sürətli seçim imkanı verməlidir. Eyni zamanda "footer" hissədə iOS, Android app rəsmləri qeyd edilib, amma link yenə sayta geri döndərir. "Gediş haqqı" səhifəsində Balansı artır linki işləmir. Əsas səhifədə "Marşrut istiqamətini seçin" funksionalı çox xoşuma gəldi. Bircə qeydim odur ki, hansı stansiya birinci seçilibsə, o yuxarı hissədə, ikinci isə aşağı hissədə qeyd olunsun. Məsələn, birinci xanada "Neftçilər", ikincidə isə "Elmlər Akademiyası" seçdikdə, nəyəsə görə Elmlər Akademiyası yuxarıda olur. Uğurlar!

"Rəqəmsal İcra Hakimiyyəti" platforması
Saytın ideyası və məzmunu çox yaxşıdır. Xarici dil imkanlarının olması yaxşı olar. Eyni anda, "Xidmətlər" səhifəsində müəyyən xidmətlərin adları 1 sətir xanaya yerləşmir. UI hissədə bu detalı nəzərə almaq yaxşı olar.

ASAN Login
Hətta xaricdə yaşayan həmyerlilərimizin istifadə edə biləcəyi bir imkana malik olmasına görə çox möhtəşəmdir. Yeganə təklifim xarici dil funksiyasının əlavə edilməsi ola bilər.

təhsil portalı
Xarici ölkədə yaşayan bir şəxs kimi "demo" imkanı olmayan saytı qiymətləndirə bilmədim. Bu səbəbdən, səs vermədim.

Fövqəladə Halların İntelektual İdarəetmə Mərkəzi
Bilmədim mənə elə gəldi ya doğrudan elədir, amma bu sayt 2011-ci ildə hazırlanmış bir sayta oxşayır. Ən azından bu şəkildə saytın internet nominasiyasına təqdim olunması düzgün deyil.

Milli Məclisin rəsmi web səhifəsi
Saytda xarici dillər bölümü olsa da, "Müraciət" və "Qəbula yazıl" bölmələri yalnız Azərbaycan dilində mövcuddur. "Müntəzəm verilən suallar" bölməsində məzmunu akkordion növündə qurulsa, daha yaxşı olar. Ümumiyyətlə veb-saytın UI/UX cəhətdən yenilənməsinə ehtiyac var. Amma qeyd edim ki, ana səhifədə deputatların məclisdə yerlərinin qeyd olunması ideyası çox xoşuma gəldi.



2022 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az