"myGov" portalı
Mygov portalın dizaynı, xidmətlər toplusu gözəldir. İstifadə cəhətdən də rahatdır. Hazırda yalnız qəribə olan bir məqam var ki, Covid pasportunu iPhone walletinə əlavə etdikdə skan olunan zaman pasportu görmür.
Eyni qayda ilə eTebib tətbiqindəki pasportu əlavə edib digər smartfonla skan edəndə keçid açılır və pasportu görmək olur. Bu texniki məsələnin həm sayt həm də tətbiq üzərindən həll edilməsinə ehtiyac var.
Saytda problem yaşananda onlayn çatla müraciət etmək imkanı olarsa əla olardı.
Fili ilə Öyrən
Yerli Youtube seqmentində uşaqlar üçün kanallar azlıq təşkil edir. Bu kanalların artması sevindirici haldır. Bu kanalı incələdim, istər kontent cəhətdən, istərsə də animasiyaların hazırlanması baxımdan gözəldir. Xüsusilə uşaqların anlayacağı tərzdə səsləndirmə kanalı uğurlu edir.
Kanal sahiblərinə tövsiyəm olardı ki, sadəcə ara-sıra videoların musiqilərində yeniləmələr etsin və interaktiv videoların sayı çox olsun.
leramiart
Ramilə xanımın səhifəsi rəssam olaraq çox maraqlıdır. Yeni başlayan və bu sahə ilə maraqlananlar üçün düşünürəm kifayət qədər faydalıdır.
Tövsiyə edərdim ki, səhifədə interaktivliyi artırmaq üçün canlı yayım saylarını artırsın.
Uğurlar!
Digitural
Kanalın ideyası gözəldir. Məzmunu daha da güclü etməyə ehtiyac var fikrimcə. Və ən əsası uzun müddətdir fəaliyyət dövrü üçün mövcud olan baxış və izləyici sayı aşağıdır təəssüfki.
Bu aktivlik üzərində çalışmaq lazımdır
Nijat İbrahimli
İdeya gözəldir amma bunu daha çox Azərbaycan dilində etməyə(və ya ən azından bizim dildə subtitlenin olması) olması yaxşı olardı. Çünki xarici bazarda belə videolar kifayət qədərdir amma ana dilimizdə demək olar yox səviyyəsindədir.
Simurq Təhsil Fondu
İdeya gözəldir. Məzmun və dizayn o qədər də güclü deyil. Bunu təkmilləşdirməyi tövsiyə edirəm
İnsan yönümlü şəhərlər
İdeya və məzmun gözəldir və faydalıdır.
Lakin səhifənin posterlərinin dizaynını daha ürəkaçan etmək olar.
Calchouse Onlayn təmir kalkulyatoru
İdeya əladır amma icrası zəifdir. bir neçə bölmədə kontent doldurulmayıb
Lorem ipsum dolor, sit amet consectetur adipisicing elit. Eligendi reprehenderit veritatis soluta est laborum laboriosam neque, ut recusandae, voluptatibus perferendis tempore veniam tenetur modi dolore odit vel voluptate?
olaraq görünməsi və belə halda müsabiqəyə təqdim edilməsi təəəssüfki məyus edir.
Yad Edirik
İdeya, layihənin reallaşdırılması əladır!
"Gəncə Şəhidləri" - Portalı
Sayt gözəl və lazımlıdır. Ana səhifədə çıxan pop-up da olan video youtubedə deyil saytın öz playerində yerləşdirilsəydi və sayt 3 dildə olsaydı əla olardı
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Dizayn uğurlu deyil, sayt qarışıq görünür və axtarış bölməsi təəssüfki yoxdur.
Aqrar Tədqiqatlar Məzrkəzi
Saytın ana səhifəsindəki slayderlərin çoxsaylı videolar kimi öngörünüş olması pisdir, çünki istifadəçilərin diqqətini yayındırır və yorur.
.Animasiyalar səhv koordinatla hərəkət edir. İngilis dilli versiyada bəzi səhifələr Azərbaycan dilində qalıb+ Rus dili yoxdur.
Dövlət Məşğulluq Agentliyi
Saytın mobil versiyası yaxşı çalışmır. Slayderlər donur, "Ə" hərfi şriftdə yaxşı oxunulmur.
Elektron Gömrük xidmətləri
Sayt yaxşı hazırlanıb, əlavə şərhim yoxdur.
Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası
Saytın dil seçimi yuxarı hissədə olsa yaxşı olardı.
Əksər bölmələr daxildə deyil, xarici linklərə yönəltməsi istifadəçi fokusunu zəiflədir. Yaxşı olardı ki, həmin məlumatlar saytın daxilində əks olunsun.
Hərbi Qənimətlər Parkının rəsmi veb saytı
Saytda xarici dil seçimləri olsa (turistlər üçün) gözəl olardı. Birdə fotolar sanki sıx görünür, üzərinə klik edərək Zoom etmək olsa yaxşı olardı. Qalan hər şey gözəldir.
Azerbaijan Expo 2020 Dubai
hər şey yüksək səviyyədədir.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi
Kontent və saytın funksionallığının yüksəldilməsinə ehtiyac var. Saytın SSL sertifikatı mövcud deyil.
Wish
Saytın kontentində layihə haqqında ətraflı məlumat verən videolar olsa əla olar.
Kənd təsərrüfatı iqtisadiyyatı - elmi jurnal
Saytın interfeysi user friendlly deyil, kitabları onlayn oxumaq istədikdə vərəqləri çevirmək narahatdır+ Read düyməsindən biri çalışmır.
AvtoStop
İdeya əladır, sayt faydalıdır.
Kontenti daha geniş olsa əla olar. Saytın dizaynı narahatdır, düşünürəm yenilənməyə ehtiyacı var.
Sürücülük Kursları
Saytın dizaynı primitivdir. Operatorla əlaqə saxlamaq bölməsində pop up bildiriş çıxır və ilk baxışdan elə anlaşılır ki, onlayn çat pəncərəsi açılacaq. Amma normalda WhatsApp-a yönəldir. bu isə bir qədər istifadəçilərdə çaşqınlıq yaradacaq.
CırtdanPro
Kanalı 2 il olar izləyirəm. Playlistində sevimli olan mahnılarım da var. Gənc, tanınmayan ifaçıları irəli çəkməsi, dəstəkləməsi gözəl fikirdir. Kanalda hər şey səliqəli və zövqlədir
Film Aç
Maraqlı və faydalı kanaldır. Təqdimat formatında biraz fərqlilik olsa gözəl olar.
Baku Streets Life
Səhifənin məzmunu maraqlıdır. Daha rəngarəng və emosiyalı fotolar olsa əla olar.
Bir dəfə yaşayırıq
Məzmun biraz qarışıqdır. səhifədən daha çox şəxsi profil kimi idarə olunur. maraqlı kontent olsa da, bir istiqamət götürüb o üzrə daha maraqlı etmək yaxşı olardı.
Teymur Kərimov studiyası
Səhifədə paylaşımlar azdır, yeni paylaşımlar böyük intervalla edilir. Kontent tərəfini inkişaf etdirmək lazımdır
***НоЧнОй БаКу***
Kontent maraqlıdır amma təkcə rus dilində olması izləyici kütləsinə təsir göstərir. yaxşı olardı ki, Azərbaycan dilli izləyicilərini də əhatə etmək üçün bəzən postlar tərcümə olunsun
StoryNumber10
səhifə çox gec yenilənir. iştirakçını dəyərləndirmək çətindir və aktivliyin çox aşağı olması yaxşı təsurat vermədi..
WingZ
Ideya olaraq əladır amma tətbiq hər zaman yaxşı çalışmır. Təkmilləşdirməyə ehtiyac var.
E-cədvəl
Tədbirin iOS smartfonları üçün olmaması məyus edir. ideya yaxşıdır amma təkmilləşdirməyə ehtiyac var.
Wibty
Yeni layihə olduğu üçün təkmilləşdirilməsinə ehtiyac var. Ənənəvi sosial media kimi təsurat bağışlamadığı üçün diqqətimi çəkmədi təəssüfki. Uğurlar arzu edirəm!
Реальное Управление Проектами
İdeya və məzmun maraqlıdır. Amma Azərbaycan dilli istifadəçilər də nəzərə alınsa yaxşı olardı, çünki bizim dildə belə layihələrə ehtiyac var.
#ReqemliOl!
İdeya gözəldir lakin kontent daha geniş olsa yaxşı olardı.
Forest School Azerbaijan
Qeydiyyat forması birbaşa saytda olsa yaxşı olardı, nəyinki ayrıca link kimi. Qalan hər şey fikrimcə qaydasındadır.
Brainpriz
İdeya əladır. Dizayn və sadəlik baxımdan sayt gözəldir. Əlavə şərhim yoxdur
iktlab.edu.az
Dizayn, fontlar yaxşı deyil. ideya gözəldir Saytın naviqasiyası narahatdır
AzKataloq - tarixi foto, rəsm və sənədlər arxivi
Əla layihədir. Yalnızca ingilis dilində olan kontentdə bəzi yerdə Azərbaycanca adlar qalıb, onlara düzəlişt etməyə ehtiyac var.
Azar Kazimov
Fotolar zoom olsa və ayrıca linkdə açılaraq çox böyük olmasa gözəl olardı.
elnurbabayev.com
Saytdaki işlər maraqlıdır. Dizayn olaraq portfolio üçün yaxşıdır.
Milli Azərbaycan Tarixi Muzeyi
Saytın məzmunu maraqlıdır. dizayn köhnə tərz təsuratı bağşlayır, daha müasir standartlara cavab verən olsa yaxşı olar deyə düşünürəm
İpotekalı evlərin alqı-satqı platforması
Sadə dizaynlı, faydalı resursdur. dizayn biraz daha parlaq rəngli olsa düşünürəm sayta rəngarənglik qatar. Mənzil mövzusunda maraqlı yanaşma da etmək olar.
Haval Azərbaycan Mərkəzi
Dizayn gözəldir. Amma ana səhifədəki slayderlərə birbaşa toxunaraq keçid etmək olsa gözəl olardı çünki "Daha ətraflı" düyməsi slayderdəki fotolardan asılı olaraq oxunaqlığı dəyişir.
Xidmətlərimiz bölməsində xüsusi təkliflər alt menyusunun əlaqəsizliyi hiss olunur. Ayrıca bölmə kimi düşünürəm olmalıdır.
Avtomobilin komplektasiyasında seçim üçün optionslar verilsə yaxşı olardı+ rəng seçimində avtomobilin görüntüsü dəyişdiyi kimi komplektasiyada da elə animasiyalar yerinə düşər.
JobSearch.az
uzun illərin portalı olaraq çoxdan redesign-a ehtiyac var idi. Nəhayət ki bu il etdilər :) Dizayn əladır. Lakin iki məsələ var: vakansiya adı ilə axtarışla yanaşı şirkət adı ilə də filtr etmək imkanı olmasına ehtiyac var deyə düşünürəm.
Bundan əlavə vakansiya yerləşdirənlər üçün xüsusi admin panel olsaydı daha yaxşı olardı, ordan moderasiyaya göndərərdilər.
Müraciət et düyməsini vuranda maraqlı animasiya ilə vakansiyanı yerləşdirənin mailı qeyd olunur. Yəqin ki dizayn edən şirkətin və saytın sahiblərinin xüsusi "fişkasıdır". amma ilk baxışdan bu çaşqınlıq yaradır, sanki indi müraciət göndəriləcək fikri yaradır. Yaxşı olardı ki, birbaşa platforma üzərindən vakansiyanı yerləşdirənə müraciət göndərmək olsun o düymə vasitəsilə.
Atəşgah Sığorta Şirkəti
Hər şey əladır. Saytın rəngləri brandingə uyğun olaraq xüsusilə ürəkaçandır və cəlb edir. Yalnızca bir kiçik detalı sevmədim. Bildiriş hissəsindəki xəbəri oxumayıb saytın bölmələrinə keçib yenidən ana səhifəyə qayıdanda təkrar çıxır. Bu mənə yorucu gəldi. Oxumansa belə artıq ana səhifəyə dönəndə pop up itsə gözəl olardı.
Əmlak Agentlikləri üçün Əmlak Bazası
İdeya olaraq maraqlı və faydalıdır. Dizayn və kontent yetərincə cəlb etmir.
Wedo
Maraqlı və faydalı marketpleysdir. Yalnız həftəsonu onlayn çat işləmədikdə onlayn olması kimi görünməsi məyus etdi
"ASAN Finans" layihəsi
Təəssüfki sistemə keçid linki təqdim olunmadığı üçün dəyərləndirmək mümkün deyil. Sistem haqqında olan məlumat kifayət deyil. Sayt isə bildiyim qədər şirkət və qürumlara xüsusi sistem vasitəsilə təqdim olunur. Publik olmayan bir layihənin iştirakçı kimi qatılması qəribədir.
Luxury Design Tikinti təmir və dizayn
Saytın dizaynı qəşəng olsa da, naviqasiyası narahatdır. Bir çox hissədə şrift uğursuzdur kiçik olduğu üçün.
Tacir.PRO - Ticarətin Rahat Yolu
Layihə olaraq maraqlıdır. Sayt olaraq dizaynı və kontenti təkmilləşdirməyə ehtiyac var.
SuperMarket.Az
Yalnız ideya gözəldir. Dizayn və kontent cəhətdən çox aşağıdır təəssüfki
Garanti Kargo
Saytda hər şey yaxşıdır. Yalnızca xarici dil seçimləri də olsa düşünürəm ölkədə yaşayan xarici vətəndaşların istifadəsi üçün yaxşı olardı
Epoint
Saytda hər şey yaxşıdır. Uğurlar!
OKmedia LLC
rahat naviqasiyaslı, aydın kontentli saytdır. Uğurlar!
BRAVO Travel
Slayderdə ölkələrin üzərinə klik etdikdə nədənsa sol tərəfdə həmin ölkənin görüntüsü çıxmır, Flame towers görünür. həmin ölkələr görünsə düşünürəm yaxşı olar. Turların onlayn alışı biraz qəribədir. detallar azdır sanki və onlayn sifariş birbaşa özümün sifariş etməsi deyil tur agentlikdən operatorun əlaqə saxlaması üçün olan formaya bənzəyir.
Maxi.az
Maxi.az-ın bu dizaynı uzun illərdir mövcuddur.
Saytın flash slayder bölməsi digər slayder məhsullarla qarışıq görünür sanki. Birdə onlayn sifarişdə səbətə məhsul atmaq hissəsi sanki yetərincə informasiya ilə bol deyil.
Evelani.az daşınmaz əmlak platforması
Sayt rahat və informativdir. Lakin saytın aşağı futterinə düşmək üçün çox uzun skorlinq etmək lazımdır elanlara görə. Bu isə narahatdır düşünürəm. Elanları səhifələrə bölmək daha yaxşı olardı ki aşağıya rahat çatmaq mümkün olsun
Bartrans Logistika
Sadə və rahat saytdır
Veka Pəncərələri Azərbaycan
Sadə və rahat saytdır. Dizaynı gözəldir
Desjoyaux hovuz sistemləri
Şriftlərin biraz fərqlənməsini çıxsaq sayt rahat və səliqəlidir
Azər Kalsium
Maraqlı və rahat naviqasiyalı saytdır
Nas Project BOKT
kontent, dizayn və saytın naviqasiyası yaxşıdır
Azər İpək
İdeya gözəldir. Saytda informasiya azdır məhsullar haqqında. Həmçinin onlayn sifarişin olmaması və satış nöqtələri haqqında məlumatın olmaması mənfi məqamdır
Fotoxalca.com
Sayt yaxşıdır. Söz birləşmələrində ikinci sözlərin baş hərfi niyə böyük yazılıb anlaşılmır. Saytda onlayn sifariş və sifariş üçün fotoların yüklənilməsinə köməklik göstərəcək xüsusi konstruktorların olması əla olardı
Online Shop (internet mağaza)
Saytın dizaynı kifayət qədər köhnə təsuratı bağışladı. iconlar kiçik və uğursuzdur. Onlayn sifariş sadəcə anket doldurmaqdan ibarətidr və funksional deyil
Compusale Technologies llc
sayt bir qədər ağır çalışır. Bydefault Azərbaycan dili olsa da, nədənsə ingiliscə açılır ilk daxil olanda. kontent yaxşıdır, dizayn daha gözəl ola bilər
Masin.az
Saytın bölmələrini gəzişdikdə
Diqqət! Xəta baş verdi
Saytda bu ünvanda heç bir məlumat tapılmadı və ya bu ünvanda məlumat görmək hüququnuz yoxdur.
yazılır. təəssüfki test etmək olmadı
KodeksNadoÇtit
Səhifə məzmun və faydalılıq baxımdan yaxşıdır. Lakin dizayn, strategiya etibari ilə sadəcə forum kimi idarə olunur sanki və ya bloq kimi.
Books by Bahram
Sayt nisbətən ağır çalışır. Kontenti gözəldir, dizaynı da xoşuma gəldi. Yaxşı olardı ki, Bəhram bəyin mail ünvanı @mail.ru deyil saytın adına uyğun domenlə olardı.
"MƏN" Corporate Branding
hər şey gözəldir!
"Nizami Gəncəvi" - Portalı
Sayt və ideya gözəldir. Kitabları Google docs üzərindən oxumaq fikrini bəyənmədim. saytın daxilində olsaydı və vərəqləmək imkanı verilsəydi daha gözəl olardı
Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalı
Dizayn maraqlı və fərqlidir. Lakin müsabiqənin bitməsini nəzərə alaraq qaliblərin və iştirakçıların təqdim etdiyi fotolar nədənsə yerləşdirilməyib, kontent azdır.
Radio "Sarı Gəlin"
saytın ideyası maraqlıdır. dizaynı təkmilləşdirməyə ehtiyac var.
Rolik.az
saytda hər bir detal gözəldir. uğurlar!
TaxManat
Tətbiqin ideyası maraqlıdır lakin bir sıra suallar yaranır. ƏDV Geri Al ilə heç bir əlaqəsinin olmadığı qeyd olunur, bəs o zaman çek sistemdə görünməmişdən ƏDV-ni necə hesablaya bilir?
İOS üçün tətbiqin olmaması məyus edir.
Mashin.AL
İnterfeys daha maraqlı dizayna sahib olsa gözəl olardı
OBA Market
tətbiq gözəl və rahatdır!
Chess.az
Sayt yaxşıdır, daha müasir dizaynda da etmək olar. Chess results bölməsində qlobal saytdan deyil, saytın özündə olarsa canlı rejimdə əla olardı.
La Reine gözəllik salonu
Saytda Google maps problemi var
Miras Hotel
fontlar yaxşı deyil, temperatur niyə 11.03 yazılıb və C/F olaraq hansı nəzərdə tutulub anlaşılmır. otağların fotoları ağır yüklənir
AllTrips.Az
sayt çox gec yüklənir,yalnız rus dilində olması məyus edir və kontent zəifdir. bu ideyanı daha gözəl reallaşdırmaq olardı
Dr. Narmina Hajiyeva
saytın dizaynı yaxşıdır. Pasientlərdən gələn rəylər bölməsində rəyləri gözəl dizaynla təqdim etmək yaxşı olardı nəinki screenlərlə.
Avaz Eşitmə Mərkəzi
hər şey yaxşıdır!
aviaradar.az-Ən ucuz aviabileti tapın
saytda hər şey qaydasındadır
Hotels24 Otellərin rezervasiya sistemi
Saytın xidmət bölməsində qeyd olunan xidmətlərin dilə görə dəyişməsi(location dəyişmir) anlaşılmır. biraz qarışıqdır kontent
Tetil.Az - onlayn səyahət bələtcisi
ideya maraqlı və faydalıdır. saytın bir bölməsi çalışmır(klik edilmir). kontent biraz da zəngin olsa gözəl olar.
Penalti Az
futbol sevənlər üçün ideya yaxşıdır amma saytın kontenti və dizaynı zəifdir təəssüfki
Dr. Aytəkin Quliyeva
saytın kontenti qarışıqdır, dizaynda call to action yoxdur
Dr. Ağa Ağazadə
Dizayn pis deyil lakin kontent zəifdir və həkimin sualları cavablandıra bölməsi aktiv istifadə olunmur
Dr. Orxan Fərəcli
saytın dizaynı sadə olsa da, nisbətən daha müasir olsa əla olardı
Dr. Firuzə Cəfərzadə
Dizayn mənə 2007-2012 ci il dövrünün saytlarını xatırlatdı
Uzm. Dr. Ülvi Mirzoyev
saytda hər şey yaxşıdır
Dr. Elfana Süleymanova
pasiyent rəyi screenlərlə yerləşdirilməsi məncə uyğun deyil. onu dizayn etmək daha yaxşı olardı
Dr. Mübariz Məmmədli
hər şey qaydasındadır
Uzman.az tibbi portal
kontentlərin yerləşməsi oxucular üçün narahatlıq yaradır fikrimcə
German Hospital
təəssüfki domenin vaxtı bitib, saytı izləmək olmadı
Milli Olimpiya Komitəsi
saytın dizaynı gözəldir. düşünürəm bir neçə xarici dil dəstəyi olsa əla olardı
Mymenu.az
gözəl layihədir.
yaxşı olardı ki, müştəri rəyləri də yerləşdirmək mümkün olsun.
Bax belə
faydalı kontentli kanaldır. voiceoverdə səsləndirən şəxsi yeniləmək yaxşı olardı.
Azeri Home Chef
maraqlı qrupdur. xüsusi dəst xəttlə olan dizayn edilən postlar istifadə olunsaydı yaxşı olardı.
"ASAN Viza" Facebook sosial media hesabı
səhifənin maraqlı kontenti var, bəyənirəm.
bura
ideya maraqlı və fərqlidir. yaxşı olardı ki bu dəvətnamələr yalnız bu tətbiq üzərindən bölüşmək deyil digər tətbiqlərdə də bölüşmək mümkün olsa gözəl olar
"CheckApp" mobil tətbiqi
Könül istərdi ki, pandemiya bitsin və belə tətbiqə ehtiyac olmasın :) İdeya gözəldir təbii ki, lakin İOS üçün hələ də tətbiqin buraxılmaması qəribədir. kontent tərəfini isə təəssüfki tətbiqin adi istifadəçilər üçün istifadəsinin mümkün olmamasına görə baxa bilmədim.
Fly Baku
Faydalı tətbiqdir amma təəssüfki iOS üçün yoxdur. uçuşların cədvəlinin onlayn yenilənmə tərəfi maraqlıdır çünki bu tətbiq rəsmi olaraq hava limanına məxsus deyil
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi
axtarış bölməsi çalışmır, şriftələr müxtəlif cürdür, xəbərlərdə xeyli böyükdür. haqqımızda bölməsində yalnız müddəalardır digər məlumatlar yoxdur. kontenti genişləndirməyə ehtiyac var.
Smart Customs
rahat istifadəli, UX/UI tərəfi gözəl olan tətbiqdir. Çatışmayan cəhəti birneçə gündən bir hesabdan avtomatik çıxış etməsi(bu zaman aylıq limitin yenilənmiş vəziyyətini göstərmir və logout edir). Yalnış göndərilən bəyənnaməni(bəyan edilməmişdən öncə) silmək imkanının olmaması. Bu pis cəhətdir və narahatlıq yaradır.
Mobil notariat
faydalı tətbiqdir
Elektron Hökumət Portalı Facebook səhifəsi
keyfiyyətli kontent, səhifədəki operativlik məmnun edir.
Telegraf - Azərbaycan Poçt Xidmətləri
iOS üçün tətbiqin olmaması pisdir. Bu tətbiq haqqında ilk dəfədir öyrənirəm. Daha əvvəllər alternativi olub. Android-də qismn test etdim, kontent və s. çətinliklər var
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi
Səhifədə təəssüfki interaktivlik yoxdur. kontent demək olar video və foto hesabatlardan ibarətdir
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi
təəəssüfki səhifənin stilistikası yoxdur, mətnlər çox uzundur.
İnformasiya Texnologiyaları haqqında xəbərlər
saytın dizaynı hiss olunur həvəskar və hazır platforma üzərində qurulub. kontent və dizaynı təkmilləşdirmək lazımdır fikrimcə
Baku.News informasiya portalı
saytın dizaynı və naviqasiyası istifadəçi yönümlü deyil.
AzerNews Müstəqil İnformasiya Portalı
nisbətən yaxşıdır amma saytı daha yaxşı etmək olardı
Bax TV
Bax tv uzun illərin layihəsidir. dizaynı yaxşıdır amma biraz əl gəzdirib yeniləsə və əsas da videoların arasında reklam tipli elanlar çıxmasa gözəl olardı
Mi-News (Mingəçevir İşıqları) İnformasiya saytı
sayt tanınmasa da kontenti normaldır. dizaynı daha istifadəçiyönümlü olsa əla olar
Visiontv.az xəbər portalı
Saytın dizaynı maraqlıdır. Lakin təhlükəsizlik sertifikatında problem var, antivirus kompüterdə açmağa imkan vermədi təhlükə gördüyü üçün. bunu aradan qaldırmaq lazımdır. kontentlər daha çox olsa yaxşı olar
"Rəqəmsal Azərbaycan" radio verilişi
zamanım olduqda verilişi dinləyirəm radioda. saytda qeyri-adi və xüsusi bir kontent yoxdur. amma radioda verilişi dinləyə bilməyənlər üçün çox gözəl şans yaradırlar efirləri yerləşdirməklə
Gent.az
ideya yaxşıdır, saytın kontenti də. amma userfriendly deyil o qədər də.
BAKU TV
sevə-sevə izlədiyim portaldır. hər şey yaxşıdır. Uğurlar!
Ruslan Aliyev
kontentlər maraqlıdır amma daha pozitiv tonda və maraqlı edilsə yaxşı olar
Telegram-канал Sputnik Азербайджан
Qlobal informasiya agentliyinin yerli nümayəndəsi olaraq ara-sıra maraqlı və operativ xəbərlər paylaşır.
Art Gallery of Leyla Aliyeva
Sayt əladır və yüksək səviyyədə hazırlanıb!
saglamaile.az saytı
saytda hər şey yüksək səviyyədədir. uğur olsun!
Maxi.az
Kontentin dizaynı, dəst-xətti gözəldir. Lakin aktivlik digər elektronika mağazalarından azdır.
L'Occitane Azərbaycan
Səhifənin görüntüsü, məzmun keyfiyyəti yüksək səviyyədədir!
SR Construction
sayt gözəldir. xarici dil dəstəyi də olsa gözəl olardı fikrimcə
BME
Saytda hər şey yaxşıdır. duzaynı biraz da fərqli etmək olar brendin premiumluğunu göstərmək üçün.
İnterkabel LLC
Dizayn normaldır. Qiymət təklifi al bölməsində düşünürəm xidmətlər üzrə seçimlər verilsə gözəl olardı.
Karabakh Group LLC
Sayt gözəldir. Qiymət təklifi al bölməsində sadəcə WhatsApp-a yönəltmək əvəzinə sayt üzərindən xüsusi forma olsaydı yaxşı olardı
Ecosnacks.az
saytda hər şey gözəldir
Baku Construction Gallery
dizay normaldır amma bəzi bölmələrdə kontentlər boşdur(fotolar görünmür)
Resant Construction
təəssüfki saytda kontent azdır
AZEED Agro
kontent bir qədər də geniş olsa yaxşı olardı. fotoları zoom etmək olmur təəssüfki. vakansiyalar əks olunmur(mövcud deyilsə yazılsa vakansiya yoxdur yaxşı olar)
Dost Sığorta Azərbaycan
Saytda "tezliklə" bölmələri çoxdur sanki bütün kontent hazır deyil.
Dil seçimi yoxdur amma AZE qeyd olunub və elə təsurat verir ki sanki digər dillər də olacaq, lakin seçmək olmur
Shusha Construction
Memarlıq layihələrimiz bölməsindəki siyahıda adları qeyd olunan işlərin üzərinə klik etdikdə fotoları zoom olsaydı daha maraqlı olardı düşünürəm.
Medeks tibbi avadanlıqlar
Hər şey yaxşıdır
Eurowin Pəncərə Sistemləri
Slayderi əlnən dəyişmək olmur və gec yenilənir. Qalan hər şey yaxşıdır fikrimcə
Alfa İnşaat
kontent azdır, qiymətlər yoxdur və hər qiymət üçün anket doldurmaq təklifinin edilməsi xoşuma gəlmədi
insure.az - Onlayn Sığorta Portalı
Ana səhifənin slayderlər tərəfdəki iconları çox böyükdür. Çat üzərindən Guest kimi müraciət edəndə botla söhbət başlayarkən hər dəqiqə guest müraciəti ya hesabla giriş seçimi etmək təklifi yorucudur. qalan hər şey yaxşıdır
Alcas Azerbaijan
sayt gözəldir əlavə şərhim yoxdur
Qarabağ FK News
ideya olaraq Qarabağ FK fanatları üçün yaxşıdır. Lakin infoda mərc tipli sayta keçid vermək sui-istifadə kimi görünür. kontentin stabil istiqaməti olsa yaxşı olardı