NETTY - National Internet Award
RU
Telegram
Facebook
NETTY 2021-in İnternet-Mükafatı davam edir, 150-dən artıq müxtəlif ərizələr verilmişdir.
//10.11.2021
Azərbaycanda NETTY2021-in Milli İnternet-Mükafatı davam edir. Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.
Müsabiqən iştirakçılarının ərizə qəbulu, virtual münsiflər heyətinin və ekspert şurasının formalaşması noyabrın 30-dək tarixədək www.netty.az saytında davam edəcək. Hal-hazırda 150-dən artıq müxtəlif ərizələr verilmişdir.
Dekabrın 1-dən 7-dək namizədlərin siyahısını formalaşdırmaqla Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçirilir. Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.
NETTY2021 qalibləri rəsmi olaraq mükafatlandırma mərasimində elan olunacaq. COVID-19 ilə əlaqədar tədbir hibrid rejimdə keçiriləcək. tutulub.
Müsabiqənin əsas mükafatı olan NETTY qaliblərə təqdim edilir, nominantlar müvafiq olan diplomları alırlar. KİV-in və internet-auditoriyaların diqqəti təmin olunur.
Aşağıdakı istiqamətlər üzrə mükafata namizəd olmaq mümkündür: vebsaytlar, tətbiqlər, sosial platformalardakı resurslar. Qaliblər elan edilmiş əsas nominasiyalar üzrə hər bir istiqamət üzrə müəyyən ediləcək. İştirakçılar aşağıdakı 3 meyara görə qiymətləndirilir: ideya, məzmun, icra.
Ərizələrin qeydiyyatı ödənişlidir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr üçün ödəniş linki göndəriləcək və ərizəçilər iştirak etməyə davam edəcək.
Səsvermənin başlanğıcına qədər müsabiqənin hissəsi olmaq üçün bir neçə variant var - iştirakçı olmaq, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.
"İştirakçılar" - mükafatın saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirmiş istifadəçilərdir, “Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından üç namizəd seçir.
“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası hər bir nominasiya üzrə və hər istiqamət üzrə üç namizəd seçir.
“NETTY Akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.

2021-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nomonaiyalar üzrə qiymətləndiriləcək:
1. Dövlət və Cəmiyyət
2. Biznes və Maliyyə
3. Elm, Təhsil və İnnovasiya
4. Səhiyyə, İdman və Turizm
5. İnformasiya və Xəbərlər
6. Mədəniyyət, İncəsənət və Yaradıcılıq

Müsabiqədənkənar fəxri nominasiyalar üzrə də qaliblər müəyyən olunacaq:

7. İlin İT Hadisəsi
8. "Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə" nominasiya
Bu il mükafatı dəstəkləyənlər:
Baş partnyor - NAR.
Mükafatın rəsmi tərəfdaşları Golden Pay, SmartHost, Renley.az-dır.
Layihənin informasiya tərəfdaşları: İctimai TV, Infocity jurnalı, Kaspiy qəzeti, Oxu.az, Media.az
Mükafatla əməkdaşlıq üçün info@netty.az ilə əlaqə saxlayın.


2004 - 2021 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az