NETTY - National Internet Award
RU
Instagram
Facebook
NETTY2021 nominantları müəyyən edilib. Mükafatın qalibləri mükafatlandırma mərasimində elan olunacaq.
//08.12.2021
NETTY 2021-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir. İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilmişdir. Nominantların yekun siyahısı ilə mükafatının saytında https://www.netty.az/nominants tanış olmaq olar.
Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başladı. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

Nominantlar içərisindən qaliblər 18 dekabrda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.

Eyni zamanda Akademiyanın qərarı ilə "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə" və "İlin İT-Hadisəsi" fəxri nominasiyalarında qaliblər elan ediləcək. Bu il mükafatı dəstəkləyənlər:

Baş partnyor - NAR.

Mükafatın rəsmi tərəfdaşları Golden Pay, SAVALAN, SmartHost, Renley.az-dır.

Layihənin informasiya tərəfdaşları: İctimai TV, Infocity jurnalı, Kaspiy qəzeti, Oxu.az, Media.az

Mükafatla əməkdaşlıq üçün info@netty.az ilə əlaqə saxlayın.

2004 - 2021 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az