NETTY 2023-ün Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir.
İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının
səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər
seçilmişdir. Nominantların yekun siyahısı ilə mükafatının saytında
https://www.netty.az/az/nominants tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən
edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlamışdır. Daxili səsvermə
əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi
müəyyən edəcəklər.
Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin
gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka
dəvət ediləcək.
Bu il mükafatı dəstəkləyənlər:
Baş partnyor – NAR.
Eksklüziv partnyor - AzInTelecom
Mükafatın rəsmi partnyorları: SmartHost, Savalan və Renley.
“Maliyyə, Bankçılıq və Fintech” nominasiyasının tərəfdaşı Simbrella.
Layihənin informasiya partnyorları: Infocity.tech, Technote.az, Oxu.az, Media.az,
«Каспий» qəzeti, Baku.TV, Baku.ws, banks.az, Gilavar Foto Klubu, Baku Hit FM, Auto
life Radio, Texnogid, Tech.az.
Mükafatla əməkdaşlıq haqqında sualları info@netty.az ünvanına göndərə bilərsiniz.