65-dən çox qurumun inteqrasiya olunduğu “ASAN Finans” sisteminə müraciət zamanı təşkilatlar tərəfindən kağız sənədlərin istifadəsinə ehtiyac qalmır. Artıq şəxsiyyət vəsiqəsi və ya VÖEN-i aidiyyatı qurumun operatoruna təqdim etməklə tələb olunan məlumatları qarşı tərəfə rəqəmsal qaydada ötürmək mümkündür.
Təəssüfki sistemə keçid linki təqdim olunmadığı üçün dəyərləndirmək mümkün deyil. Sistem haqqında olan məlumat kifayət deyil. Sayt isə bildiyim qədər şirkət və qürumlara xüsusi sistem vasitəsilə təqdim olunur. Publik olmayan bir layihənin iştirakçı kimi qatılması qəribədir.
Yalnış bölümə əlavə edilib. Nominasiyada tam vebsayt iştirak etməlidir. Təəssüf ki, qiymətləndirmək olmadı.
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.