Dövlət Gömrük Komitəsinin təqdim etdiyi bütün elektron xidmətlər bu elektron portalda cəmlənib. Portalda fiziki, hüquqi və qeyri-rezident şəxslər üçün elektron xidmətlər təqdim olunur.
Sayt tam hazır deyil, beta versiyasındadır. Gərək hazır olduqdan sonra müraciət edilərdi və ya inkişaf mərhələsində olan funskiyaları deaktiv etmək mümkündürsə edib elə qoşulardılar.
Vətəndaşlar üçün faydalı resursdur. Bir ziyarətçi üçün demək olar ki, bütün suallara cavab var. Normal funksionallığa malik saytdır. Ümumi test göstəricilərinin nəticələri normal səviyyədədir. Digər saytlarla müqaisədə göstəricilər qənaətbəxşdir.
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.