Xaricdə yaşayan Azərbaycanlı kimi mənə daha çox yaşadığım ölkədə gələcəkdə baş verəcək tədbirlər, mənə faydalı və ya mən faydalı ola biləcəyim işlər maraqlıdır. Burada isə gördüklərim əsasən artıq baş vermiş tədbirlər və ya xəbər videolarıdır.
Təəssüf ki, dövlət qurumunun öz stilistikası yoxdur. Paylaşılan kontentlər çox keyfiyyətsiz, səhifə isə çox monotondur. İstifadəçiyə heç bir qatqısı yoxdur. Sanki səhifə hesabat xarakteri daşıyır. Paylaşılan xəbər linkini olduğu kimi paylaşılması (qısaldılmış url istifadə etmək olar) və ya səhifənin örtük şəklinin köhnə olması və mobil adaptasiya edilməməsi kimi xırda, amma vacib nüanslar işin peşəkarlığı şübhə altına qoyur. Həmçinin mətnlərdə sosial media üslubunda yazılmayıb. Ən əsası dövlət qurumunun işi çox insana çatmaqla, onlara fayda verməkdir. Amam postlar boost olunmur. Yəqin ki, səhifə sadəcə öz əməkdaşları görsün deyə nəzərdə tutulmayıb. Qısaca səhifə heç nə ilə təəccübləndirmədi məni.
Postlarda bir başa diasporun rəsmi saytının linklərini istinad verdiyimizdə, paylaşılan post yetərincə kütləyə çatmır. Tövsiyyə olunur ki, qısaldılmış url linklərdən istifadə edəsiniz.
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.