https://evisa.gov.az/en/
ASAN Viza
“ASAN Viza” sistemi Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb. Belə ki, e-viza almalarına icazəsi olan 93 ölkənin vətəndaşları e-visa.gov.az portalına daxil olaraq cəmi 3 addımda e-viza üçün müraciət edə və 3 saat ərzində təcili e-viza əldə edə bilərlər. Fəaliyyətə başladığı dövrdən bəri 2 milyondan çox "ASAN Viza" verilib ki, bu da ölkədə turizm sektorunun inkişafına öz müsbət töhfəsini verib.