http://azhistorymuseum.gov.az/
Milli Azərbaycan Tarixi Muzeyi
100 yaşlı Milli Azərbaycan Tarixi Muzeyinin rəsmi veb səhifəsi vasitəsilə ziyarətçilər mütəmadi olaraq muzeyin həyatı, xüsusi diqqətlə mühafizə olunan eksponatları ilə yaxından tanış olurlar. Muzeydə planlaşdırılan və keçirilən elmi tədbirlər, sərgilər ustad dərslər bütün yaş qrupundan olan ziyarətçilərin xüsusi marağına səbəb olur. Qeyd olunan veb səhifə də bu tədbirlər haqqında məlumatların geniş auditoriyaya çatdırılmasında əvəzsiz rol oynayır.