/me NETTY - National Internet Award
Instagram
Facebook
VEBSAYTLAR
// DÖVLƏT VƏ CƏMİYYƏT
http://www.metro.gov.az/az
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti-nin veb saytın yaradılması
Bakı Metropolitenin fəaliyyəti haqqında mütamadi olaraq məlumat vermək, eyni zamanda yeni stansiyalar haqqında vətəndaşları məlumatlandırmaq və ziyarətçilər üçün interaktiv xəritə təqdim olunmuşdur, hardakı stanstiyalar haqqında müddət və məsafə məlumatını ala biləcəklər.
http://www.metro.gov.az/az
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti-nin veb saytın yaradılması
Bakı Metropolitenin fəaliyyəti haqqında mütamadi olaraq məlumat vermək, eyni zamanda yeni stansiyalar haqqında vətəndaşları məlumatlandırmaq və ziyarətçilər üçün interaktiv xəritə təqdim olunmuşdur, hardakı stanstiyalar haqqında müddət və məsafə məlumatını ala biləcəklər.
Paylaş

fikir
məzmun
icra
99
90
90
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR

06.12.2022 Rəsul Həsən
Dizayn baxımından standartdır. Nəzərə alsaq ki, saytın funksiyası xalqa xidmət olmalıdır, ancaq biz saytda həmin interaktivliyi görmürük. Xəritə sadəcə şəkillərdən ibarətdir, halbuki inteaktiv olması yaxşı olardı.

06.12.2022 Nizami Rzayev
Yaxşı və informativ saytdır.

05.12.2022 Mahir Mədətov
Sayt gözəldir lakin çatışmayan cəhətləri çoxdur. Qatarların qrafikini canlı rejimdə izləmək, xarici dildə kontent, Bakıkartın balansını izləmək və artırmaq(artırmaq buraya inteqrasiya edilməyib), mobil tətbiqlər olmadığı halda aktiv olmayan keçidlər qoyulub. Uğurlar!

04.12.2022 Andrey Babich
Аккуратно выполненный сайт, однако можно было бы добавить интерактивную карту вместо ссылки на ПДФ а также доработать английский и русский языки

04.12.2022 Müşfiq Şirəliyev
“BakıKART”da balansı onlayn artırmaq funksiyası bu saytda ola bilərdi sanki. Saytı daha dəyərli edərdi. Belə düz, informasiya xarakterli bir platformadan başqa bir işə yaramır sanki.

04.12.2022 Fərhad Ələkbərzadə
Məzmunda olan çatışmazlıqları həmkarlar qeyd edib deyə, buna toxunmuram. Müəyyən detallara amma toxunmaq istəyirəm. Menü düyməsinə sıxanda "footer" hissədə olan menünün tam qarşımıza çıxarılmasına məncə ehtiyac yoxdur. Əksinə bu bizə sürətli seçim imkanı verməlidir. Eyni zamanda "footer" hissədə iOS, Android app rəsmləri qeyd edilib, amma link yenə sayta geri döndərir. "Gediş haqqı" səhifəsində Balansı artır linki işləmir. Əsas səhifədə "Marşrut istiqamətini seçin" funksionalı çox xoşuma gəldi. Bircə qeydim odur ki, hansı stansiya birinci seçilibsə, o yuxarı hissədə, ikinci isə aşağı hissədə qeyd olunsun. Məsələn, birinci xanada "Neftçilər", ikincidə isə "Elmlər Akademiyası" seçdikdə, nəyəsə görə Elmlər Akademiyası yuxarıda olur. Uğurlar!

03.12.2022 Igor Vologin
Есть раздел "Turistlər üçün", при этом контента на иностранных языках нет.

02.12.2022 David Khripunov
Чисто аккуратно, функция для плохо видящих порадовала.

01.12.2022 Bahlul Askerov
В русской и английской версиях отсутствует контент. Багов много по сайту. Видно еще не готов. Меню следовало бы сделать с белым фоном и черным текстом. В футере уже есть с темным бэкграундом. Реализация схем на предыдущем сайте нравилась больше.

01.12.2022 Müşfiq Quluyev
http://www.metro.gov.az/az - istifadəçilər üçün aktualdır, saytdan istifadə rahatdır, estetika, dizayn, interaktivlik, yükləmə sürəti uyğundur. Saytda xarici dil seçimi olsada, İngilis və Rus dillərində kontent yoxdur, hətta turistlər üçün bölmə də yalnız Azərbaycan dilindədir. Müvafiq texniki tənzimləmərin edilməsi və dil seçimi üçün imkanın yaradılması mümkündür.
2022 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az