Azərbaycanda yaradılan saytların çoxunun dizaynında eyni problemləri görürəm: Çox zəyif tipoqrafika. Heç olmasa menudaki yazılarda Caps Look-dan idtifadə etməyin. Gözümüz kor olur axı.
İkon pakları köhnəlmiş və eybəcər. İnternetdə kifayət qədər pullu və pulsuz gözəl ikon setləri var. Onları işlətmənizi məsləhət görərdim.
Problemlərdən daha biri, məlumatın gizlətilməsi və mənasızlığı: Misalçün, tarix səhifəsində çoxlu bölmə var. 2020ci ildə nə baş verdiyini görmək üçün o bölməyə klik edib açmaq lazımdır. Bu bölmələrin hamısını açanda 2 səhifəlik mətn ortaya çıxır. Şəxsən mənimçün və 99% alıcı üçün bu məlumat mənasızdır. Bunun hamısını qısa və illustrativ bir raymlaynda göstərmək olardı. İnsanlar quru statistikadan çox sentimental tarix xoşlayır. Şirkət kim tərəfindən yaradılıb, harada yaradılıb? Sirkət qurucusu işini quranda pulu az olduguna görə ailə relikviyası olan avtomobilini satıb mı? Və sonda bu success story nümunəsi gəlib Azərbaycana öz gözəl avtomobilləri ilə xalqımıza xidmət göstərməyə.
Dizayn gözəldir. Amma ana səhifədəki slayderlərə birbaşa toxunaraq keçid etmək olsa gözəl olardı çünki "Daha ətraflı" düyməsi slayderdəki fotolardan asılı olaraq oxunaqlığı dəyişir.
Xidmətlərimiz bölməsində xüsusi təkliflər alt menyusunun əlaqəsizliyi hiss olunur. Ayrıca bölmə kimi düşünürəm olmalıdır.
Avtomobilin komplektasiyasında seçim üçün optionslar verilsə yaxşı olardı+ rəng seçimində avtomobilin görüntüsü dəyişdiyi kimi komplektasiyada da elə animasiyalar yerinə düşər.
İnformasiya əldə etmək maksimum asan və rahat olmalıdır. Lazım olan məlumatı tapmaq üçün istifadəçi çox saylı klikləmə etməməlidir. Saytın dizaynı onun mətni ilə uyğun olmalıdır
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.