Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Fondun fəaliyyət istiqamətləri üzrə (ipoteka kreditinin verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi və sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi) vətəndaşlara və sahibkarlara geniş və dəqiq məlumatların təqdim edilməsi
1. Sayt vebdizayn adına zəifdir, Vahid bir tərzi təəssüf ki, yoxdur. Bir az qarışıq və yorucudur. 2. Rəng, şrift və qrafika vahid üslubda olmalıdır. Səhifələrin dizayn rəngləri balanslaşdırılmalıdır. Dizayn edərkən menyu elementlərindən biri seçilmiş formada olmalıdır ki, ziyarətçi saytın hansı səhifəsini və ya bölməsini oxuduğunu bilsin. 3. Saytda axtarış motoru mövcud deyil. 4. Baş səhifənin HTML mətni səliqəsiz vəziyyətdədir. 5. https protokol tətbiq edilməyib. Məlumatların şifrələnməsi, veb-serverdən brauzerə təhlükəsiz şəkildə ötürülməsi təmin edilməyib.
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.