Dizayna biraz əl gəzdirmək tövsiyə edərdim.
Qeydiyyat və avtorizasiyanı bir başa nömrə və otp kod ilə etsəniz daha rahat olar.
Saytda qısa nömrənin olmaması və hər istiqamət üçün fərqli nömrənin verildiyi istifadəçi və müştərilər üçün rahat olmaya bilər.
Ödəniş üçün digər taksit kartlarını əlavə etsəniz, daha çox satış etmək imkanınız olar.
AZ dilində axtarış edəndə, nəticə Rus dilində çıxır.
Bəzi kateqoriya məhsullara görə filtr tapa bilmədim.
* Məhsul parametrləri çox yaşxı şəkildə doldurulub, məlumat çoxluğu baxımından.
Brendi nəzərə alaraq, sayt üzərində işləməyə davam etsəzniz, yaxşı nəticələr əldə etmiş olarsınız
Uğurlar! :)
Səhifə yeniləndiyində və yaxud bir səhifədən digərinə keçid edilən zaman diqqətlə baxmadıqda bilmək olmur. Azərbaycan dili versiyasında bəzi sözlər ingilis dilindədir. Məsələn: Register/Login, chat now. Qeydiyyat səhifəsi (MY ACCOUNT) tərcümə olunmayıb. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib.