Layihə olaraq gözəl təşəbbüsdür. Uİ\UX üzrə işləmək lazımdır. Kitabın tam versiyasını dinləmək üçün qeydiyyat tələb olunur qeydiyyat etdikdən sonra isə ödənişli abunəlik tələb olunur. Kənarda isə banner reklam yerləşimi ilə bağlı görüntü saytın daha çox kommersiya baxımından istifadəçilərə təqdim olunması diqqət önündə olur. Kitabların səsləndirməsi keyfiyyətlidir tətbiq də olsa faydalı olar deyə düşünürəm. Ümumilikdə biraz daha inkişaf etməlidir ideya və təşəbbüsü isə müsbət qiymətləndirirəm. Uğurlar
Faydalı platformadır. Rənglər balanslaşdırılmalıdır. Retinanın tətbiqində problem var. Responsivlikdə şəkillərin ölçülərinin balanslaşdırılmasına ehtiyac var. Reklam bannerləri saytın yüklənməsinə səbəb olur.
Bir audio-kitab layihəsi üçün saytın arxa fon rəngi istifadəçilər üçün yorucu ola bilər. Çünki nəzərə alsaq ki, istifadəçilər saytda uzun müddət qalacaqlar, bu, ümumi təəssürata mənfi təsir göstərə bilər. Daha komfortlu bir istifadəçi təcrübəsi təmin etmək məqsədilə, fon rənginin daha rahat və gözə xoş gələn bir şəkildə dəyişdirilməsi tövsiyə edirəm. Eyni zamanda, saytda daha effektiv axtarış imkanı təmin etmək üçün filterlərin sayının artırılması, istifadəçilərin məzmunu daha sürətli və asan tapmalarına kömək edər.