Vebsayt sadə dizayn olunub. Bəzi estetik yenidən dizaynlara ehtiyac var. Gələcək maaşını hesabla bölümündə çatışmazlıq var. Gündə neçə saat çalışacaqsan bölümündə 5 yazıram 615 manat göstərir, 05 yazıram 600 manat. Gələcəyini necə inşa etmək istəyirsən? bölümündəki başlıqlar ingilis dilində olduğu üçün alt açıqlama qismində bu kursların nədən bəhs edildiyinə dair məlumatların olması yaxşı olardı. Bloqda məzmunu artırmağa ehtiyac var. Mütəmadi yenilənməlidir.
Ümumən yaxşıdır. Bir iki tövsiyyəm olacaq, DİV akademiyanı tanımayan ilk sayt ziyarətçisi ilk baxışda bu saytın xidməti nədir deyə hər hansı bir vizualı slaydda görmür. Yaxşı olar ki, hər hansı bir vizualla ümumi xidməti təsvir edəsiniz. İstifadə olunmayan CSS, Javascriptləri silməyinizi və ilk səhifədə yer alan böyük həcmə malik olan şəkillərin həcmlərini azaldasınız. Uğurlar, tələbələriniz bol olsun!
Sadə dizaynlı bir saytdır. "Gələcəyini necə inşa etmək istəyirsən?" bölməsindəki bütün ikonlar eynidir və bu, vizual müxtəliflik baxımından təkmilləşdirilə bilər. Sayt DataLife Engine CMS üzərindən hazırlanıb. Fullstack Proqramlaşdırma tədrisi verən bir akademiya üçün, öz saytını yazması və dizaynını yaratması daha uyğun olardı.