həm vizual, həm də funksional cəhətdən bir sıra problemlər mövcuddur. Dizayn baxımından rənglərin balanssızlığı və keyfiyyətsiz şəkillər saytın professional təsirini azaldır. Həkim şəkilləri konseptual və peşəkar şəkildə çəkilməlidir. Multidil funksiyası tam hazır deyil və dil seçimləri düzgün yerləşdirilməyib. Laboratoriya bölməsi və analiz cavabları işlək deyil. Bundan əlavə, yeniliklər bölməsi uzun müddətdir yenilənməyib, bu da saytın aktuallığını itirir. Saytın ümumi təsirini artırmaq üçün həm məzmun, həm də texniki təkmilləşdirmələrə ehtiyac var. Uğurlar
Dizayn rəngləri balanslaşdırılmalıdır. İlk baxışdan təəsürat onu göstərik ki, sayt tam hazır deyil. Multidil bölümü yer almasına baxmayaraq əlavə dil mövcud deyil. Əgər sayt multidilli deyilsə, həmin bölümün orda mövcud olmasına ehtiyac yoxdur. Həmçinin dillərin yerləşdirildiyi bölümdə uyğun yerdə yerləşdirilməyib. Şəkillər keyfiyyətsiz və eyni üslubda deyil
DataLife Engine CMS konstruktorunda hazırlanmış saytdır. Saytda yetərli miqdarda kontent mövcuddur. Lakin həkim şəkillərinin rəng korreksiyasına ehtiyac vardır. Laboratoriya bölməsindəki şəkillər saytın stilistikasına uyğun bir çərçivəyə əlavə edilə bilər. Yeniliklər bölməsi isə yenilənmir :) ən son 2021-ci ildə xəbər əlavə edilib.
Məncə bir klinika üçün uğursuz şablondur. İlk təsuratı dəyişir. Əlavə olaraq həkimlərin şəkilləri də bir konsept üzrə çəkilməyib. Baxdıqca bu klinikadan uzaq dur mesajı verirlər. Yeniliklər bölümündə son xəbər 2021-ci ildə yazılıb. İradlar çoxdur...
Əsas səhifəyə daxil olanda həkimlərimiz bölməsi çıxır. Fotolar telefonla çəkilib, daha sonra sayta yüklənəndə bir sıxılıb və bu səbəbdən də keyfiyyətləri aşağıdır. Yenidən peşəkar fotoların çəkilməsi məqsədəuyğundur. Analizlərin cavabı işləmir. Yeniliklər və məqalələr bölməsində xəbərlər 2021-ci ilə aiddir.