https://www.instagram.com/yangfamilytaichi_baku
Tayçi ilə Sağlam Cəmiyyət
Layihənin əsas məqsədi Tayçi sənətini cəmiyyətə tanıtmaq, insanların fiziki sağlamlığını, psixoloji sabitliyini və həyat keyfiyyətini yüksəltməkdir. Tayçi təkcə hərəkət sistemi deyil, həm də stressi azaltmaq, diqqəti artırmaq və daxili balansı bərpa etmək vasitəsidir. Bu layihə vasitəsilə müxtəlif yaş qruplarının sağlam həyat tərzinə cəlb olunması və cəmiyyət daxilində daha güclü sosial bağlılıq yaradılması nəzərdə tutulur.