səhifə konsepsiyası yaxşıdır. Kontentdə dil strukturu qurulsa yaxşı olar. İngiliscə və az dilində məsələn. Çünki vizual ingiliscə, kontenti isə Az dilindədir
Səhifəsini bəyəndim. Postların dizaynına xüsusi diqqət yetirildiyi açıq şəkildə görünür, hər bir paylaşım zövqlə hazırlanıb. Paylaşım aralığını bir az azaltsanız, səhifənin daha da cəlbedici olacağını düşünürəm. Ümumilikdə, səhifə maraqlı və göz oxşayandır, izləyicilərə dəyərli kontent təqdim edir.
Postlar və feed yaxşı görünür məlumatlar da dolğundur sadəcə reelslərə az üstünlük verilib 2024-cü il ərzində reels video paylaşımı yalnız 1 dəfə olub. Nəzərə almaq lazımdır ki, instagram trendlər üzrə reels videolara üstünlük verilir. Ən az 1 marifləndirici reels kontent əlavə etmək faydalı olar deyə düşünürəm. Əlavə şərhim yoxdur digər istiqamətlərdə isə həmkarlarıma qatılıram. Uğurlar arzu edirəm.
Gözəl hazırlanmış və professional yanaşılmış səhifədir. Post mətnlərin yalnızca ingiliscə qeyd edilməsi çaşdırır bir az. Hədəf kütləsinə görə dəyişə bilər
İdeya yaxşıdır. Lakin posterlər yalnız ingilis dilindədir. Posterin şərh bölməsində isə iki dildə məlumatlar qeyd olunub. Posterlərin də iki dildə hazırlanması məqsədəuyğun olardı.
Səhifənin təsviri yalnız ingilis dilindədir. Paylaşılan postların hər birində media faylların üzərində mətnlər ancaq ingilis dilində qeyd edilib. Yalnız postun açıqlamasında Azərbaycan dilində mətnlər var.