Aviabilet? - Avia.az!
İstifadəçiyə yararlı məlumatların daha münasib formada yığıla bilərdi. Veb dizayn UX/Uİ tərəfdən təhlil olunmalıdır.
TƏMİZ.az
Daha realistik fotolardan istifadə etmək olardı. Bir saytın bir neçə domendə istifadəsini axtarış motorları bloklayır.
Фотограф Руслан Ализаде
Köhnə üslubda hazırlanmış templater üzərindən bir saytdır. Lorem ipsumlar belə dəyişdirilməyib. Müasir foto sənəti üçün uyğun hesab edilmir.
Skywash Təmizlik Şirkəti
Dizayn UX/Uİ tərəfindən uyğun yığılmayıb. Dil seçənəkləri bir səmtdə deyil. Xidmətlərin iconları fərqli olsaydı daha yaxşı olardı. Sosial şəbəkə adlarını bir istiqamətdə iki dəfə yerləşdirməklə sanki boşluqları doldurmaq üçün məzmun çatışmamazlığını təsvir edir. Bu səbəbdən məzmun və icra qiymətləndirməsi üzrə aşağı bal verdim.
Silo Construction
Əlaqə bölümündə nasazlıq var. Yeniliklər səhifəsində tarixlərin göstərilməməsi məzmunun faydalılıq əmsalını azaldır. Məhsullarımız səhifəsində məzmun səliqəli şəkildə yığılmayıb. Bu amillərə əsasən aşağı qiymət verdim.
Imaj Transport
Saytda yerləşdirilən fotorların keyfiyyətsiz olması məzmun hissəsininin qiymətinə təsir etdi. İcra yaxşıdır.
OKmedia
Səhifədə yerləşdilən məzmunların onepage üslubu kimi enməsi sayt ziyarətçilərini yorur. Dizayn olaraq yaxşıdır
Kontur Reklam
İlk slider sayt istifadəçisini çaşdırır. Reklam şirkətinə uyğun olmayan başlıq və şəkil seçilib. Məzmunların bir hissəsində redaktə işlərinə ehtiyac var. Məsləhət bilərdim ki, layihələrin adları tam qeyd olunsun. İlk səhifədə şirkət haqqında, layihələrdən öncə xidmətlər təqdim olunsun.
clean.az
Səliqəsiz hazırlanmışdır.
BERC (Business Education Research Consulting)
Kontentlə dizayn bir birini tamamlamır.
DePromo
Yaxşı olardı ki, həm haqqımızda həm məhsullar bölümündəki şəkilləri keyfiyyətli edərdiniz.Ümumi sayt özü gözəl hazırlanıb.
Azərbaycan Standartlaşdırma İnstitutu
Paylaşım postlarının bir üslubda hazırlansaydı və vətəndaşa sosial açıq mesaj çatdırmaq məqsədi ilə postların daha tez-tez paylaşılması yaxşı olardı. Əlaqə bölümündə olanda xəritə tamam başqa bir ölkədə qeyd edilib ki, bunu da ilk növbədə dəyişməkləri lazımdır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
Mətbuat xidməti daha çox tədbirlərdən fotolar paylaşmaqla eyni zamanda vətəndaşa faydalı ola biləcək infoqrafik hesabatlar, faydalı məlumatlar, vətəndaşların hüquqlarının hansı formada qorunması və hansı hallarda bu dövlət qurumuna müraciət olunmaqları ilə bağlı məlumat yönümlü postlar da olsaydı yaxşı olardı.
Rabitəbank veb sayt
Saytın menu hissəsinin əlavə bölümləri açmaq üçün 3 nöqtə ilə genişləndirməsi müasir sayılsa da banka müraciət edə biləcək hər kəs üçün uyğun deyildir.
Onlayn növbə sistemi bölümündə xəritədə bir filialın okeana düşməsi də dəyişməlidir.
Safavy
Məzmuna uyğun daha müasir sayt hazırlana bilərdi.
Poscrib
Cəlbedici deyil.